Siyasi 05.12.2024 22:12

Bakı və İrəvan arasında dekabr danışıqlarında Qərbi Azərbaycan məsələsi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Sülh sazişi mətnindən çıxarılan məsələ yenidən müzakirə olunur” adlı süjetdə dekabr ayında rəsmi Bakı və İrəvanın sülh müqaviləsinin müzakirəsi ilə bağlı yeni prosesin başlayacağı barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ötən ay verdiyi açıqlamasına yer verilir.

Bildirilir ki, danışıqların pərdəarxası dəqiq bilinmədiyi üçün yalnız ehtimallar irəli sürmək mümkündür: “Bu versiyalar arasında təbii ki,  əsas məsələlərdən biri Qərbi azərbaycanlıların evlərinə qayıdışı, bunun sülh sazişinin mətninə daxil edilməsi, yaxud Bakı və İrəvan arasında hansısa formada rəsmiləşməsidir”.

Qeyd olunur ki, Bakı və İrəvan arasında gözlənilən dekabr danışıqları iki hissəyə ayrılır: “Birincisi, sülh sazişinin mətni ilə bağlıdır və burada əsas problematik məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasının dəyişdirilməsi və digər normativ-hüquqi aktlarından, xüsusilə Müstəqillik bəyannaməsindən imtina edilməsidir. İkincisi, sülh sazişinin mətnindən çıxarılan, lakin Bakı-İrəvan xəttindəki danışıqların ayrılmaz hissəsi olan kommunikasiyanın açılması və sərhədin delimitasiyasının müzakirə edilməsidir”.

Süjetdə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan, rusiyalı politoloq Andrey Areşevin, erməni türkoloq Varujan Qeqamyan və erməni politoloq Alen Gevondyanın fikirləri də ön plana çəkilir. Onların sözlərinə görə, Azərbaycan prioritet hesab etdiyi ərazilərdə delimitasiyanın keçirilməsinə nail olmağa çalışır: “Bu, onların düşüncəsi ilə Qərbi Azərbaycana doğru addım-addım irəliləməkdir. Ermənistan hakimiyyəti də Azərbaycanın tələblərinə boyun əymək və güzəştə getmək prinsipinə uyğun davranır. Rəsmi Bakı güclü mövqedən çıxış edir və daha çox tələblər irəli sürür. Əsas tələb Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Pərdəarxası tələblərdən biri də Qərbi Azərbaycana qayıdışla bağlıdır. Ermənistanda hesab edirlər ki, Paşinyanın Qərbi Azərbaycanı qondarma “Qərbi Ermənistan” iddiası ilə eyniləşdirməsi azərbaycanlıların qayıdışı ilə bağlı öhdəliklər götürməyə hazırlaşmasından qaynaqlanır. Bu kimi açıqlamalarla erməni ictimai rəyində Qərbi Azərbaycan konsepsiyasını qanuniləşdirir. 300 min azərbaycanlının geri qayıtması aktualdır və bu baş tutacağı təqdirdə, Ermənistanın hazırki əraziləri daxilində Azərbaycan dövləti qurulacaq. Ermənistan hakimiyyətinin 2025-ci ildə yaratmağa hazırlaşdığı Milli Qvardiya da azərbaycanlıların geri qayıdışına hazırlıq məqsədi daşıyır”.

Sonda vurğulanır ki, öz yurduna qayıdış hər bir Qərbi azərbaycanlının beynəlxalq hüququdur və bunun təmin edilməsinin təminatçısı  Azərbaycan olacaq: “Bu baxımdan, dekabr danışıqları Qərbi Azərbaycan konsepsiyası üçün xüsusi əhəmiyyət daşıyacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında dekabrın 5-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO