Təhlil 03.10.2019 23:39

Demokratlar impiçment tələbi – Trampın çətin günləri – TƏHLİL - FOTO

ABŞ Nümayəndələr Palatasında demokrat qanunvericilər Prezident Donald Tramp üzərində apardıqları impiçment araşdırması çərçivəsində onun şəxsi vəkili və dövlət katibindən bəzi sənədləri təqdim etmələrini tələb edib.

Rakus.az xəbər verir ki, bundan əlavə Nümayəndələr Palatasında bu həftə ABŞ-ın Ukrayna siyasəti ilə məşğul olan sabiq rəsmilərin dinləmələri keçiriləcək.

Palatanın xarici əlaqələr, kəşfiyyat və nəzarət komitələrinin başçıları dövlət katibi Mayk Pompeoya araşdırmaya aid sənədləri təqdim etməsi üçün cümə axşamınadək vaxt verib. Araşdırma kəşfiyyat orqanlarının bir işçisinin “Trampın vəzifəsindən sui-istifadə edərək xarici ölkənin 2020-ci il prezident seçkisinə müdaxiləsini istəməsi” ilə bağlı şikayət etməsi nəticəsindnə başladılıb.

Sədrlər Eliot Engel, Adam Şiff və Elaycah Kamminqs həmçinin bazar ertəsi Trampın vəkili Rudi Culianini oktyabrın 15-dək sənədlər təqdim etməyə çağırıb.

Rudi Culiani
Rudi Culiani

Onlar Culianini “tək başına hərəkət etmədiyinə və bu məsələdə Tramp administrasiyasının digər rəsmilərinin əli olduğuna işarə edən” telefon mesajları, telefon danışıqlarının siyahısını və digər kommunikasiya sənədlərini tələb edib.

Culiani “Twitter” səhifəsində yazıb ki, o, bu çağırışı “müvafiq olaraq nəzərdən keçirəcək”.

Culiani Demokratları “impiçment üçün səbəblərinin olmamasında” günahlandırıb və diqqəti Trampın Bayden haqqında irəli sürdüyü ittihamlara çəkib.

Trampla bağlı şikayət irəli sürən şəxs onun Ukrayna Prezidenti Volodimir Zelenskidən keçmiş vitse-prezident Co Baydenin 2020-ci ildə keçiriləcək seçkidə Demokratlar partiyasından namizədliyi qazanaraq Trampın rəqibi olmasının qarşısını alacaq və ona xələl gətirəcək Bayden və oğlu barədə məlumat toplamağa yardım etməsini istədiyini bildirib.

Tramp isə bazar ertəsi bir daha bildirib ki, onun iyulun 25-də Zelenski ilə telefon danışığı “qüsursuz” olub.

Prezident şikayət edən şəxslə görüşmək istəyir və bazar ertəsi onunla bağlı daha çox məlumat əldə etmək istəyini dilə gətirib.

Şikayətçinin vəkilləri isə onun təhlükəsizliyi ilə bağlı narahtlıqlarını ifadə edib və onun kimliyinin gizli qalmasının vacibliyini vurğulayıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO