Siyasi 23.01.2020 23:39

Tramp “korrupsioner sxem”də günahlandırılır

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar prezident Donald Trampı Ukraynaya siyasi rəqibi, keçmiş demokrat vitse-prezident Co Baydenlə bağlı təhqiqat aparmaq üçün “korrupsioner sxem”dən bir məqsədlə – bu il seçkilərdə qələbə üçün “aldatmaq” məqsədilə istifadə etməkdə ittiham ediblər.

Rakus.az xəbər verir ki, Konqresmen Adam Şiff prezident Trampın impiçmentin iki maddəsi ilə Senatda münsiflət məhkəməsində hakim qismində iştirak edən 100 senatora deyib: “Prezident qanundan üstün olduğuna inanır və məhdudiyyətlərə həqarətlə yanaşır”.

Şiff Demokratların respublikaçı Trampın məhkum edilməsi və vəzifəsindən kənarlaşdırılması məqsədilə üç gün ərzində arqumentlərini təqdim etməyə başladığı ilk gün bildirib ki, ölkənin 45-ci prezidenti “ölkə daxilində siyasi üstünlük qazanmaq üçün xaricdən kömək” axtarıb.

Adam Şiff Nümayəndələr Palatasında Trampa qarşı impiçment prosesinə rəhbərlik edir. Onun bildirdiyinə görə, işin əsasında prezidentin Konqres tərəfindən “Rusiya ilə müharibədə olan” Ukraynaya ayrılmış 391 milyon dollarlıq yardımı saxlaması, eyni zamanda isə Ukrayna prezidenti Volodimir Zelenskiyə Bayden və onun Ukraynanın təbii qaz şirkətinin direktorlar şurasının üzvü olmuş oğlu Hanter Beydenlə bağlı təhqiqata başlamaq və 2016-cı ildə Trampın kampaniyasına mane olmaq məqsədilə Ukraynanın ABŞ prezident seçkilərinə müdaxilə etdiyinə dair nəzəriyyəni qəbul etməsi üçün təzyiq göstərməsi durur.

Debat çərşənbə axşamı günü başlayıb və 13 saat davam edib. Nümayəndələr Palatasında işə rəhbərlik edən qanunvericilər respublikaçıların nəzarətində olan Senatda Trampın Ukraynaya Baydenlərlə bağlı təhqiqat aparmaq üçün təzyiq səyləri ilə bağlı sənədlərin təqdim edilməsi və şahidlərin məhkəməyə çağırılması ilə bağlı səsvermədə bir-biri səsləri itiriblər.

Şənbə günü Trampın vəkilləri üç gün ərzində müdafiəni təqdim edəcəklər. Trampa qarşı impiçmentin iki maddəsi irəli sürülüb: vəzifəsindən sui-istifadə etmək və Konqresin onun Ukrayna ilə bağlı hərəkətlərini təhqiq etmək səylərinin qarşısını almaq.

Demokratlar bəzi Respublikaçıların bildirdiyi kimi, Trampın Ukraynada korrupsiya ilə geniş mübarizə səylərində deyil, yalnız Zelenskinin Baydenlərlə bağlı təhqiqatı elan etməkdə maraqlı olduğunu irəli sürürlər.

Trampın vəkilləri isə onun Ukrayna ilə legitim münasibətlər apardığını, səhv iş görmədiyini və bəraət qazanacağını bildirirlər.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO