“Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində Azərbaycan ərazi sularında keçirilən “Dəniz kuboku” müsabiqəsi davam edir.
Rakus.az xəbər verir ki, müsabiqə dövründə komandalar “Üzən minaya artilleriya atışı”, “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” və “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” çalışmaları üzrə bacarıq və vərdişlərini nümayiş etdirərək tapşırıqlar icra edib.
Keçirilən 3 mərhələnin yekun nəticəsinə görə beynəlxalq hakimlər briqadasının qərarına əsasən, Azərbaycan və Rusiya komandaları bərabər bal toplayıblar.
“Dəniz kuboku” müsabiqəsi sentyabrın 5-dək davam edəcək.