Depressiyadan qurtulmağın yolları – MƏSLƏHƏT
Oniomania adı verilən, sıxıntı və depressiyadan qurtulmaq üçün alış-verişə yönəlma xəstəliyindən xilas olmaq üçün bəzi şeylərə diqqət etmək lazımdır.
1. Siyahı tutun
Ehtiyacınız olan əşyaların siyahısını tutun və əsla bu siyahıdan kənara çıxmayın.
2. Vitrinlərdən uzaq durun
Həftəsonu alış-veriş mərkəzində gəzərkən vitrinlərə yaxınlaşmayın. Göz oxşayan geyimlərdən uzaq durmağınız sizin bu xəstəlikdən qurtulmanıza yardım edəcək.
3. Kredit kartı istifadə etməyin
Kredit kartları sadəcə mağazalarda deyil, onlayn alış-verişə də sövq edir. Ehtiyacınız olmayan kartları ləğv edin.
4. Nəğd pul az götürün
Çox nəğd pul götürməyin. Alış-verişə gedərkən bəzi tədbirlər alın. Hamımız pul xərcləməyə meyilliyik. Üstümüzdə çox pul olan zaman isə bəzən ehtiyacımız olmayan əşyaları alırıq.
5. Borc pul almayın
Üzərimizdə pul olmasa belə bəzən xoşumuza gələn bir əşya üçün rəfiqələrimizdən borc götürürük. Bu xasiyyəti də tərgidə bilsəniz, artıq oniomaniya xəstəliyindən qurtuldunuz deməkdir.