Deputat AzTV-dən yazdı
“AzTV-də aparılan islahatlar nəticəsində yeni verilişlər, tamaşaçı ilə ünsiyyətin formasının və mahiyyətinin dəyişməsi, daha çox innovasiya, daha çox elastiklik müşahidə olunur”.
Rakus.az xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili deyib.
“Müasir dövrdə televiziya sahəsində inqilab baş verir. İnternet TV-lərin, smartfonların sayının artması ənənəvi TV-lər üçün yeni reallıqlar yaratmaqdadır. Bu dövrdə tamaşaçının da klassik TV-lərə tələbi artmaqda və daim yeniliklər gözləməkdədir. Çünki, İnternet TV-lər nə qədər çox və operativ olsalar da onlar tamaşaçının zövqünü oxşaya və keyfiyyətli verilişlər yaymaq imkanında deyillər.
Belə bir mərhələdə AzTV-də aparılan islahatlar nəticəsində yeni verilişlər, tamaşaçı ilə ünsiyyətin formasının və mahiyyətinin dəyişməsi, daha çox innovasiya, daha çox elastiklik müşahidə olunur. Hesab edirəm ki, qısa müddət ərzində dövlət televizisiyası 2 mühüm istiqaməti vahid bir xətt üzərində birləşdirməyi bacarmışdır: 1. Dövlətmizin uğurlarını, həyata keçirilən mühüm dövlət siyasətini mahiyyətini insanlara doğru, səmimi çatdırmaq, 2. İnsanların zövqünü oxşamaq, müasir və mənəvi dəyərləri bir yerdə təlqin etmək.
Bu mühüm missiyanı davam etdirməkdə Rövşən Məmmədova uğurlar arzu edirəm! İnanıram ki, Azərbaycan dövləti kimi dövlət televiziyası da daim güclü, yenilikçi, dinamik və müasir olacaqdır”.