Sosial 04.09.2019 11:24

Deputat çağırış etdi – Kriminallaşmanın qarşısını alaq

“Üş gündür ki,Fəridlə eyni məktəbdə oxumuş oğlum, dostları stress vəziyyətindədirlər. O, Fəridi məktəb illərindən tanıdığını, necə təmiz qəlbli, saf uşaq olduğunu təəssüf hissi ilə xatırlayır, bu itki ilə barışa bilmir”.

Rakus.az xəbər verir ki, bununla bağlı millət vəkili Nəsib Məhəməliyev çağırış edib. Müraciətin son dərəcə aktual olduğunu nəzərə alaraq olduğu kimi nəzərinizə çatdırırıq.

“Əziz həmvətənlər.

“Üç gün əvvəl Bakının Şərifzadə küçəsində baş vermiş cinayət nəticəsində 1991- ci ıl təvəllüdlü Fərid Məmmədzadə bıçaqla, ürək nahiyyəsindən vurulan zərbə nəticəsində qətlə yetirilmişdir. Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə, doğmalarına səbr arzulayıram”.

Üş gündür ki, Fəridlə eyni məktəbdə oxumuş oğlum, dostları stress vəziyyətindədirlər. O, Fəridi məktəb illərindən tanıdığını, necə təmiz qəlbli, saf uşaq olduğunu təəssüf hissi ilə xatırlayır, bu itki ilə barışa bilmir.

Münaqişədən əvvəl tanış olmayan gənclərin belə ağır cinayət törətmələrinin motivi nədir? Hesab edirəm istintaq orqanları hadisəni obyektiv şəkildə araşdıracaq, cinayətkarlar layiqli cəzalarını alacaqlar.

Bir neçə il öncə Milli Aviasiya akademiyasının professoru Zimirxan müəllimin yeganə oğlu da təsadüfən qonşu qıza sataşan bir yaramaz tərəfindən bıçaqlanaraq öldürülmüşdü.Düşmənlə üz üzə müharibədə yox, məhz belə hallarda övladının qətlə yetirilməsi hər bir valideyn üçün nə qədər dözülməz olduğunu yəqin ki, izah etməyə ehtiyac yoxdur. Və bu hadisədən az müddət sonra, hələ gənc ikən Zimirxan müəllim də dərdə dözməyərək dünyasını dəyişdi.

Heç bir ciddi səbəb olmadan cəmiyyətdəki aqressiya, müxtəlif insanlar arasındakı dözümsüzlük, əsasız hegemonluq cəhdləri, paxıllıq, qısqanclıq, birinin digərini qəbul etməməsi, ictimai yerlərdə utanc hissini itirərək əxlaq normalarını pozma və sairə hallar cəmiyyətimizi narahat edən, düşündürən məsələlərdir.

Necə ola bilər ki, İKT- nın verdiyi imkanlardan sui istifadə edərək, heç vaxt görmədiyin, tanımadığın insanları subyektiv fikirlərinə, statusuna görə tənqid yox, küçə söyüşləri ilə ağır formada təhqir edəsən. Şəxsi uğursuzluqlarının səbəblərini özündən başqa hər kəsdə axtarasan, dörd tərəfə nifrət dolu şər, böhtan yağdırasan.

Müxtəlif mənbələrdən aldığım məlumata görə, şəhərdə bir çox gənclər, hətta bəzi məktəbli yeniyetmələr belə özlərilə bıçaq gəzdirirlər. Sual olunur nə üçün? Kimə lazımdır bu? Ermənistan kimi mənfur, hiyləgər düşmənlə müharibə, Dövlətimizin inkişafını gözü götürməyən qüvvələrlə mübarizə şəraitində mənasız yerə özümüz özümüzə niyə düşmən kəsilməliyik. Allah qarşısında çox böyük cinayət törədərək , günahsız bir gəncin həyatına son qoyaraq, ailəsinə, yaxınlarına sağalmaz yara vurmalıyıq.

Hər gün səhərlər xəbər saytlarını izlədikdə, bu tipli ağır cinayətlərin Bakı şəhərində və bölgələrdə baş verdiyinin şahidi oluruq. Hesab edirəm ki, bu faciələrdən nəticə çıxarılmalı,ilk növbədə ailədə, məktəbdə uşaqların, gənclərin tərbiyəsilə çox sıx şəkildə məşğul olmalıyıq. Formal olaraq yox, ciddi şəkildə hər bir məktəbdə, kollektivdə, ( tək uşaqlarla deyil, həm də valideynlərlə) işləməyi bacaran psixoloqlara ehtiyac var.

Mən buradan hörmətli KİV nümayəndələrindən xahiş edirəm.Artıq dəb halını almış kriminal avtoritetlər, el arasında “vor zakon” kimi tanınan insanları qəhrəman obrazında təqdim edərək, onların həyatı, məişəti, kriminal çəkişmələri barədə məlumatların verilməsi düşünürəm ki, məqsədə uyğun deyil. Belə bir təqdimatdan, “ təbliğatdan” sonra bir çox zəif iradəli gənclərVə özlərini onlara oxşatmağa çalışır, nümunə kimi qəbul edirlər. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzi hallarda ictimai siyasi həyatda üzdə olan bəzi insanlar da belə hərəkətləri təşviq edirlər. Bu gələcəyimiz üçün çox ziyanlı, təhlükəlidir.

Son vaxtlar şəhərin mərkəzi hissəsində DİN tərəfindən milli mənəvi dəyərlərimizə, əxlaqımıza zidd, xalqımızın imicinə xələl gətirən neqativ hallarla aparılan mübarizə ictimaiyyət tərəfindən olduqca yüksək qiymətləndirilir, razılıqla qarşılanır.

Hər bir normal vətəndaş cəmiyyətin kriminallaşmasının qarşısının alınmasında, gənclərin doğru, dürüst, vətənpərvərlik ruhunda tərbiyə olunmasında öz töhvəsini əsirgəməməlidir.

Vətənimizdə heç bir ailədə belə faciələrin yaşanmaması arzusu ilə……

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO