Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”

Onun sözlərinə görə, Avropa İttifaqı və Orta Asiya dövlətlərinin bir neçə gün öncə keçirilmiş sammitində Avropa Komissiyasının prezidenti tərəfindən bu mövzu gündəmə gətirildi və Avropa Komissiyasının Prezidenti xanım Ursula von der Leyen tərəfindən qəribə bir reallığı əks etdirməyən bəyanat səsləndi: “Prezident İlham Əliyev haqlı olaraq bəyanatın məzmununun təəccüb doğurduğunu bildirdi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, onlar Gürcüstanın yerini, Azərbaycanın rolunu görməzlikdən gələrək Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar. Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə guya Orta Dəhlizin fəaliyyətə keçəcəyini iddia edirlər. Halbuki Orta Dəhlizin yaradılması üçün Azərbaycan uzun illərdir öz vəsaiti hesabına mühüm infrastruktur layihələrini həyata keçirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, eləcə də paralel olaraq çəkilmiş neft və qaz kəmərləri Orta Dəhlizin əsas seqmentlərini təşkil edir. Ermənistan isə 30 illik işğal və təcavüzkar siyasəti nəticəsində özünü regional layihələrdən təcrid edib və praktiki olaraq izolasiya vəziyyətinə salıb”.
R.Nəbiyev bildirib ki, bu gün Azərbaycanın yaratdığı yeni siyasi reallıq çərçivəsində Ermənistan tərəfinə əməkdaşlıq imkanları təklif olunur: “Sülh müqaviləsinin imzalanması və yeni əməkdaşlıqdan istifadə etmək Ermənistan tərəfinə buraxılmış bir məsələdir. Cənab Prezidentin ifadəsi ilə desək, top Ermənistan tərəfindədir. Prezident bununla bağlı sualı cavablayarkən bildirdi ki, Ermənistan sülh sazisini nə qədər tez imzalasa və bu yolda mövcud maneələri aradan qaldırarsa, şərtlərə əməl edərsə, hazırkı yaranmış əməkdaşlıqdan o qədər çox bəhrələnmək imkanı olacaq. Gürcüstanın uzun illərdən bu imkanlardan istifadə etməklə əldə etdiyi uğurlar göz qabağındadır”.