Siyasi 26.01.2020 18:00

Möhsüm Aslanovun seçicilərlə görüşü davam edir - FOTO

Bu il fevralın 9-da keçriləcək Milli Məclisə seçkilər üzrə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Möhsüm Qədir oğlu Aslanov dəyərli seçiciləri ilə görüşlərini davam etdirir.

Rakus.az xəbər verir ki, Möhsüm Aslanovun növbəti görüşü Göygöl rayonunun 6 kənd və qəsəbəsində baş tutub.

Bu barədə deputatlığa namizəd Mövsüm Aslanov təəssüratlarını belə bölüşür:

“Əziz dostlar, seçicilərimizlə görüşümüz davam edir. Bu dəfə parlament seçkilərində əsas rəqiblərimdən biri Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyevin dəvəti ilə, onun Göygöl rayon İdman və Gənclər evində seçicilərlə təşkil etdiyi görüşə qatıldıq. Əvvəlcə, Hafiz Hacıyevlə seçki-təbliğat işləri haqda müzakirə apardıq, sonra rayon sakinləri ilə düşüncələrimizi bölüşdük. Bu tədbir mənim üçün tək dəyərli seçicilərlə deyil, uzun illər görmədiyim qohum-əqrabalarımla görüş kimi də xatirəmdə dərin iz buraxdı. Xüsusilə də görüşdən sonra qərargahımıza gələn tədbir iştirakçılarının bizə göstərdiyi ehtiram könlümüzü qübarlandırdı.

Seçicilərimizlə görüşlərdən gec saatlarda qayıtmağımıza bqxmayaraq, onlarla Göygöllü gənclər bizi gözləyir. Hər axşam onlarla bir neçə saat dövlətimizin gənclər və idman siyasəti və xaricdə təhsil imkanları haqqında müzakirələr aparırıq. Çox sevindiricidir ki, gənclərimiz seçkilərdə iştirak məsələsinə də biganə deyillər.

xxxx

Seçicilərimizlə görüşümüz çərçivəsində yanvarın 25-də Daşkəsən rayonunun Xoşbulaq və Daşkəsən qəsəbələrinin,həmçinin, Zağalı, Qaraqollar, Zinzahal, Çanaxlı kəmdlərinin sakinləri ilə görüşüb söhbətləşdik.

Daha ətraflı dəyərli jurnalist dostum Vəli Əkbərin görüş təəssüratlarını sizlərə təqdim edirəm:

“Qarlı-boranlı bir qış günündə seçki-təbliğat məqsədi ilə yolumuzu Daşkəsəndən saldıq. Yollar sürüşkən, keçilməz olmasına baxmayaraq ən ucqar dağ kəndinə qədər gedib seçicilərimizə yetişə bildik.

İlk görüşümüz Xoşbulaq qəsəbəsində oldu. 6-7 dərəcə şaxta olmasına baxmayaraq, sakinlər bizi isti nəfəsləri ilə qarşıladılar. Xüsusilə də kəndin xanım seçicilərinin deməyə sözü vardı. Kənd sakinlərinin arzu- istəklərini dinlədik, ehtiyaclarını eşitdik. Xoşbulaqlılar ölkə başçısı İlham Əliyevin Daşkəsənə diqqətindən ağızdolusu danışdılar. İcra başçısı Əhəd Əbiyevin onların hər istəyinə dərhal cavab verməsindən söhbət açdılar. Möhsüm Aslanova deputat seçilərsə, onlar kimi xalqa yaxın olmasını istədiklərini bildirdilər. Xoşbulaqlı xanımlara öz xoş arzularımızı çatdırıb yolumuza davam etdik.

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ
DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

Növbəti dayanacağımız Zağalı və Qaraqollar kəndi oldu. Zağalıda məktəbə baş çəkdik, məktəb direktorundan ziyalı fikrini dinlədik. Qaraqollarda isə kənd sakinləri bizi isti soba başında, çay stolu arxasında qonaq etdilər. Söylədilər ki, prezidentimizdən, icra başçımızdan çox razıyıq. Yolumuz, qazımız, suyumuz, hər şeyimiz var. Bir cavanlarımıza iş yerləri də olsa, elə xoşbəxtik ki, xoşbəxt. Deputatlığa namizəd Möhsüm Aslanov kənd cavanları ilə söhbətləşdi, birlikdə sobaya odun atdılar və çay süzdülər.

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

Növbəti görüş yeri Zinzahal kəndi oldu. Sadə kənd camaatı qol-qola, əl-ələ tutub bağırlarına basdılar. Birlik, mehribançılıq söylədilər. Dedilər ki, biz problemlərimizi tək dövlətin üstünə atmaq fikrində deyilik. Kənddə içməli su problemimiz var, biz də qollarımız çırmayıb birlikdə bu çətinliyimizi də yoluna qoymağa hazırıq. Layihə hazırlansın, fəhlə kimi pulsuz-parasız işləməyə hazırıq. Sonra ağsaqqallar deputatlığa namizəd Möhsüm Aslanova öz xeyir-dualarını verib yola saldılar.

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

Çanaqlının qış günündə keçilməz yolları seçicilərimizlə görüşməyə mane ola bilmədi. Yeni tikilmiş mobil kənd məktəbində vəziyyətlə tanış olduq, seçicilərimizlə qış qayğılarından danışdıq. Sonra üz tutduq Yuxarı Daşkəsən qəsəbəsinə. Məktəbin qapısından keçər-keçməz qar topu oynayan uşaqlar dövrəmizi sardılar. Deputatlığa namizədlərini qartopuna qonaq edib, şəkil çəkdirdilər. Xoş ovqatla ayrılıb qəsəbənin mərkəzinə yetişdik. Burda da bizi çaya dəvət edib, söz-söhbət yağışına tutdular. Ağsaqqallar söylədilər ki, biz gördüyümüzü görüb, yaşadığımızı yaşamışıq. Gələcəyimiz üçün, uşaqlarımız üçün yaxşı işlər görün. Deputatllğa namizəd Möhsüm Aslanov ölkə başçısının apardığı dövlətçilik siyasətindən, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəni və sosial siferada inasanlarımız üçün gördüyü işlərdən danışdı. Aparılan son islahatların mahiyyətini açıqladı. Xalq-dövlət vəhdətinin vacibliyini vurğuladı. Ağsaqqallar da ölkə başçısına, Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini çatdırdılar. Sonra “Uğura qənşər” deyib, yola saldılar.

Artıq axşam düşürdü, sabah isə bizi başqa seçicilərimiz gözləyir. Yolçu yolda deyib, üz tutduq Göygöldəki seçki qərargahımıza”.

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ
DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ
DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ
DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ
DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ
DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ
DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ
DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ
DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ
DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ
DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO