Dərinizi nəm və sağlam saxlayın – MƏSLƏHƏT
Qadınlar üçün dəri ən mühüm gözəllik ünsürüdür.
Rakus.az xəbər verir ki, bunun üçün dərini nəm və sağlam saxlamaq vacibdir. Gündəlik makiyajdan, qeyri-sağlam qidalanmadan və pis hava şəraitinin təsiri ilə canlılığınını itirən dərimizdə sızanaqlar, qara nöqtələr yaranır və dərimiz parlaqlığını itirir.
Dərinizin canlı görünməsini təmin edən maska belə hazırlanır:
Ərzaqlar:
1 fincan üyüdülmüş qəhvə, yarım fincan şəkərsiz kakao tozu.
1 stəkan şəkərsiz badam südü, 1 yemək qaşığı limon suyu (quru dəriniz varsa, zeytun və ya badam yağı istifadə edin).
1 yemək qaşığı bal (yağlı dəriyə sahibsinizsə, balı əlavə limon suyu ilə əvəzləyin).
Hazırlanma qaydası:
Qəhvəni, kakao tozu ilə qarışdırın. Südü əlavə etdikdən sonra məhlul halına gələnə kimi qarışdırın. Qatı halda olmasını istəyirsinizsə südün miqdarını azalda bilərsiniz. Ardınca limon suyu və balı əlavə edib, qarışdırın. Maskanı 20 dəqiqə üzündə saxlayın, quruduqdan sonra təmizləyin.