Dezodorantda gizli kamera vardı
Avstraliyaya səyahət edən fransız turist qaldığı hosteldə dezodorontda gizli kamera aşkarlayıb.
Rakus.az xəbər verir ki, insident Sidneyin populyar Bondi çimərliyi yaxınlığında yerləşən hosteldə baş verib.
Qadın ümumi hamamda duş qəbul edib. Çimdikdən sonra əlüzyuyanın yanında içində tualet ləvazimatları olan çanta tapıb.
Baxış keçirdikdən sonra orada olan dezodoranta gizli kameranın quraşdırıldığını müəyyən edib. Turist polisə zəng vurmazdan əvvəl sübut olsun deyə şəklini kamera ilə çəkib.
Hüquq-mühafizə orqanları əməkdaşları aparılan araşdırmadan sonra hosteldə yaşayan honkonqlu bir kişini saxlayıb.
Axtarış zamanı onun əşyaları arasında gizli kamera detalları, həmçinin, görüntülərin yazılması üçün bir neçə disk və yaddaş cihazı aşkarlanıb. (Oxu.az)