İqtisadi 18.04.2019 16:06

DGK açıqlama yaydı

Azərbaycanda “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəyə verildiyi 2 ay yarım ərzində sistemdən istifadə etmək üçün Dövlət Gömrük Komitəsinə (DGK) 500-dən çox müraciət daxil olub və bunlardan 300-ü müsbət cavablandırılıb. 

Rakus.az xəbər verir ki, bu barədə DGK-nın açıqlamasında bildirilir.

“Regionda və MDB məkanında analoqu olmayan bu layihə yalnız dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilir və Azərbaycan gömrüyünün bu sahədəki fəaliyyəti və təcrübəsi beynəlxalq aləmin mötəbər qurumları və ekspertləri tərəfindən yüksək qiymətləndirilir.

Lakin ölkəmizin əldə etdiyi bu nailiyyətlər bəzi dairələr və onların mediadakı nümayəndələri tərəfindən qaralanmağa çalışılır, “Yaşıl dəhliz” sisteminin tətbiqi ilə bağlı gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülür.

Bəzi internet xəbər portalları “sahibkarlardan daxil olan müraciətlər”ə əsaslanaraq “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi ilə bağlı müraciətlərə guya DGK-nın subyektiv yanaşdığını iddia edirlər. Bundan başqa, yazıda indiyə qədər 53 müraciətin müsbət cavablandırıldığı, müraciətlərə baxılarkən “ayrı-seçkiliyə” yol verdiyi irəli sürülür.

Müraciətlərə baxılarkən ayrı-seçkiliyə yol veilməsi ilə bağlı DGK bildirir ki, gömrük işinin təşkilinin bütün sahələrində olduğu kimi “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair bütün müraciətlər tam şəffaf və obyektiv şəkildə araşdırılır. Bununla bağlı Komitənin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb və 24 saat fəaliyyət göstərən dəstək qrupu fəaliyyət göstərir. Aşağıdakı linkdən də bu barədə ətraflı məlumat almaq olar.

Sistemdən istifadə edənlərin sayına gəlincə isə bu rəqəm 53 deyil. İndiyə qədər sistemdən istifadəyə dair 500-dən çox müraciət daxil olub və onlardan 300-ə qədəri müsbət cavablandırılıb. Üstəlik, bu barədə dəfələrlə nəinki Komitənin rəsmi açıqlamalarında, hətta kütləvi informasiya vasitələrində minlərlə açıqlamalar yayımlanıb.

O da iddia edilir ki, sistemdən istifadə etmək istəyənlər informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində yüksək biliyə, bacarıqlara malik olmalı və yaxud bu sahədə ixtisaslaşmış mütəxəssisi işə götürməlidirlər ki, bu da sahibkarlar üçün əlavə xərc deməkdir. 21-ci əsrdə xarici ticarətlə məşğul olan şəxsin və ya şirkətin İKT biliklərinə və yaxud bu sahədə ixtisaslaşmış kadrlara malik olmaması absurddur. Üstəlik, “Yaşıl dəhliz” buraxılış sistemi tamamilə informasiya texnologiyaları sahəsindəki ən son yeniliklər təbiq olunmaqla həyata keçirilir və bunun üçün tələb olunan vəsait xarici ticarətlə məşğul olanlar üçün cüzi sayılacaq qədər azdır.

Yazıda “Belə ki, “Yaşıl dəhliz”dən istifadə etməyənlər növbə gözlədiyi halda, gömrük keçidindən “Yaşıl Dəhliz” istifadəçiləri növbədən kənar keçməsi ilə, uzun vaxt ərzində növbədə gözləyənlərə pis təsir bağışlayırlar. Bu isə sahibkarlar arasında da çaşqınlıq yaradır.” cümlələri isə gülünc və xüsusilə diqqətçəkicidir. Bu cümlələri yazan “sahibkar” və onu dərc edən media orqanı düşünür ki, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edənlərə məxsus mal və nəqliyyat vasitələrinin gömrük-keçid məntəqəsindən gözləmədən, gömrük nəzarətinə məruz qalmadan keçməsi digər sahibkarlarda ruh düşkünlüyü yaradır və bu da ölkənin ixrac potensialını aşağı salır. Bu təfəkkür sahiblərinin ölkənin strateji qurumlarından birinin həyata keçirdiyi mütərəqqi ideyalara söykənən layihəyə necə qiymət verəcəyi, hansı meyarlarla dəyərləndirəcəyi isə onların düşüncə tərzindən məlum olur.

Tarix göstərir ki, mütərəqqi ideyalar, qabaqcıl texnologiyalar hər zaman cəmiyyəti irəli aparıb. Ruh düşkünlüyü yaşayanlar isə hər zaman müasir düşüncə tərzinə, yeniliklərə ayaq uydura bilməyənlərdir.

Onu da xatırladaq ki, məqalənin sonunda adları qeyd olunan şəxslərdən isə nəinki “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair, ümumiyyətlə DGK-ya hər hansı müraciət daxil olmayıb”, -deyə açıqlamada qeyd olunub.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO