Dünyada yaşayan soydaşlarımızı Qarabağ uğrunda mübarizədə birliyə səsləyən “Diaspor marşı” yazılıb.
Rakus.az xəbər verir ki, bu, Azərbaycan diasporunun ilk marşıdır.
Bu barədə məlumatı layihə rəhbəri – Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov verib.
Onun sözlərinə görə, Diaspor marşına klip də çəkiləcəyi nəzərdə tutulub.
Marşın sözləri: Hikmət Cavadov və Arif Buzovnalıya, musiqisi isə Azərbaycan bəstəkarı, Xalq artisti Aygün Səmədzadəyə aiddir.