DİN xəbərdarlıq etdi – AKTUAL
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
Rakus.az xəbər verir ki, xəbərdarlıqda deyilir:
“Son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət sayılır.
Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.
Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edilir”.
İctimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq 2 ildən artıqdır ki, fəaliyyət göstərir.
Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından “Facebook”, “İnstagram”, “Twitter” və “Youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələri bəyənmə və abunə olmaqla məlumatları əldə edə bilərlər:
Facebook – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi keçid linki (https://www.facebook.com/mia.gov.az/)
İnstagram – azerbaycan.din keçid linki – (https://www.instagram.com/azerbaycan.din/)
Youtube – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyikeçid linki – (https://www.youtube.com/channel/UCnOFln-vwFvkLMCMGyg2j-w?view_as=subscriber)
Twitter – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (https://twitter.com/MIAAzerbaijan )