Mətbuat 18.02.2025 10:40

Dinamik inkişaf yolu keçən Baku TV 7 yaşında - VİDEO

Azərbaycan televiziya məkanında özünəməxsus yeri olan Baku TV yeddi yaşını qeyd edir.

Rakus.az xəbər verir ki, 2018-ci il fevralın 18-də fəaliyyətə başlayan televiziya kanalı ötən 7 il ərzində dinamik inkişaf yolu keçib.

Hər zaman Azərbaycan vətəndaşlarının marağını nəzərə alan Baku TV ölkədə və dünyada baş verən siyasi, sosial və iqtisadi hadisələri operativ, obyektiv və peşəkar şəkildə öz izləyicilərinə çatdırır.

Baku TV rəngarəng, zəngin, maraqlı, operativ və dəqiq məlumatlar çatdırmaqla tamaşaçı sevgisi və etimadını qazanıb. Bu gün kanal canlı yayımlar, xəbər süjetləri, müsahibələr, araşdırmalar, eləcə də analitik təhlillər və müəllif proqramları ilə ölkənin ən çox izlənilən kanalları siyahısındadır. Hazırda televiziyanın gündəlik, həftəlik və aylıq yayımlanan müxtəlif janrlarda 20-dən çox verilişi var.

Həm yerli, həm də beynəlxalq miqyasda izləyicilərinə faktlara əsaslanan, şəffaf və balanslı xəbərlər təqdim edən Baku TV-ni bütün yerli provayderlər, eləcə də “Azərspace” peyki vasitəsilə Avropa və Asiyada izləmək mümkündür.

Kanal ölkədə və dünyada baş verən önəmli, aktual və maraqlı xəbərləri 5 dildə – Azərbaycan, rus, ingilis, fransız və erməni dillərində cəmiyyətə çatdırır. Televiziya kanalının Azərbaycanın bütün regionları ilə yanaş, ABŞ, Rusiya, Türkiyə, Gürcüstan və Ukraynada xüsusi müxbir məntəqələri fəaliyyət göstərir.

Qısa müddətdə peşəkar komanda işi ilə geniş izləyici auditoriyası qazanan Baku TV rekord göstəriciləri və əldə etdiyi uğurlarla da möhtəşəm nəticələrə imza atıb. Belə ki, kanal 2024-cü ilin 12 ayı ərzində “YouTube” platforması üzrə 10 Azərbaycan telekanalını geridə qoyaraq baxış sayı reytinqində birinciliyini qoruyub. Hazırda Baku TV-nin Azərbaycan və rusdilli “YouTube” səhifələrinin 1 milyondan çox abunəçisi var və bu rəqəm günü-gündən artmaqdadır. Bundan əlavə, kanalın digər sosial media platformalarında – “Telegram”, “Instagram” və “Facebook” səhifələrində də geniş sayda izləyicisi var.

Baku TV beynəlxalq müsabiqələrdə qalib olmaqla öz uğurunu davam etdirib. Belə ki, 2024-cü ildə kanalın istehsal etdiyi “Söz” qısametrajlı sənədli filmi Los-Ancelesdə keçirilən “Accolade Global Film Competition”nin qalibi olub. 2023-cü ilin 18-22 dekabr tarixində Baku TV 3 ISO beynəlxalq sertifikatını alıb. Kanal 2021-ci ildə NETTY tərəfindən “İlin internet və “YouTube” xəbər kanalı” adına layiq görülüb.

Baku TV öz peşəkar komandası ilə 44 günlük Vətən müharibəsi dövründə operativliyi, qaynar nöqtələrdən reportajları və hər saatbaşı canlı yayımları ilə izləyicilərinə dəqiq və dolğun məlumat çatdırıb. Kanal İkinci Qarabağ müharibəsi zamanı informasiya savaşının ilk sıralarında yer alıb və ermənilər və havadarlarının dezinformasiyalar yaydığını öz efirindən bütün dünyaya sübut edib.

Baku TV COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı iki həftə ərzində müxtəlif dillərdə xüsusi reportajlar hazırlayıb, xarici nümayəndə heyətlərindən, dövlət və hökumət başçılarından müsahibələr alıb, süjetlər, canlı bağlantılar və s. yayımlayıb.

Qlobal miqyasda etibarlı və nüfuzlu xəbər platformasına çevrilməyi hədəfləyən Baku TV müasir dövrün çağırışlarına cavab verməklə, yeni texnologiyalardan və innovativ yanaşmalardan istifadə etməklə öz inkişaf yolunu davam etdirir. Kanal bundan sonra da tamaşaçılarını operativ və obyektiv məlumatlarla təmin etmək və maarifləndirmək missiyasını ardıcıl şəkildə yerinə yetirəcək.

(“Report”)

xxx

Azərbaycan televiziya məkanında özünəməxsus yeri olan Baku TV fevralın 18-də yeddi yaşını qeyd edir.

Hər zaman Azərbaycan vətəndaşlarının marağını nəzərə alan Baku TV ölkədə və dünyada baş verən siyasi, sosial və iqtisadi hadisələri operativ, obyektiv və peşəkar şəkildə öz izləyicilərinə çatdırır.

Bu gün kanal canlı yayımlar, xəbər süjetləri, müsahibələr, araşdırmalar, eləcə də analitik təhlillər və müəllif proqramları ilə ölkənin ən çox izlənilən kanalları siyahısındadır. Hazırda televiziyanın gündəlik, həftəlik və aylıq yayımlanan müxtəlif janrlarda 20-dən çox verilişi var.

Həm yerli, həm də beynəlxalq miqyasda izləyicilərinə faktlara əsaslanan, şəffaf və balanslı xəbərlər təqdim edən Baku TV-ni bütün yerli provayderlər, eləcə də “Azərspace” peyki vasitəsilə Avropa və Asiyada izləmək mümkündür.

Kanalın direktoru Ramin Cəfərov qeyd edib ki, kanal ölkədə və dünyada baş verən önəmli, aktual və maraqlı xəbərləri beş dildə – Azərbaycan, rus, ingilis, fransız və erməni dillərində cəmiyyətə çatdırır.

(Oxu.az)

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO