Sosial 12.10.2019 09:48

DK açıqlama yaydı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda məişət zorakılığı ilə bağlı görülən işlərlə əlaqədar açıqlama yayıb.

Rakus.az xəbər verir ki, açıqlamada deyilir:

“Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.

2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) 3.5.2.1-ci bəndinin icrası məqsədi ilə Yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Monitorinq qruplarına yerli İcra Hakimiyyəti başçısının müavini sədrlik edir. Monitorinq qruplarının üzvləri yerli Təhsil şöbəsinin, Səhiyyə şöbəsinin, Polis şöbəsinin, Prokurorluğun, Əhalinin Sosial Müdafiə Mərkəzinin və rayon Qeydiyyat şöbəsinin rəhbər vəzifəli əməkdaşlarından ibarətdir. Onların fəaliyyətinin və iş keyfiyyətinin daha da gücləndirilməsi üçün “Məişət zorakılığından müdafiə mexanizmləri” mövzusunda 50-yə yaxın təlim keçirilib, seminarlar təşkil olunub, tövsiyələr verilib.

Komitənin 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən hər il ərzində 300-ə yaxın müxtəlif mövzularda, o cümlədən, “Ailə institutunun gücləndirilməsi” və “Zorakılığa YOX deyək”, “Erkən nikahlara yox deyək” və s. müxtəlif mövzularda təlimlər keçirilir. Təlimlərdə iştirakçılara ailədaxili ünsiyyətin və münasibətin əhəmiyyəti, ailədaxili münasibətlərin tənzimlənməsi, zorakılığın növləri, zorakılıqdan qorunması yolları və s. barədə məlumat verilib, çap məhsulları paylanılıb, qısametrajlı filmlər göstərilib.

Qeyd olunmalıdır ki, məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığının qarşısının alınması – məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdir. Qanunvericiliyə müvafiq olaraq məişət zorakılığının qarşısının alınmasını yerli icra hakimiyyəti orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi həyata keçirir. Komitə müvafiq dövlət qurumları ilə birgə “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” 2016-2018-ci illər üçün tədbirlər planı çərçivəsində müvafiq işlər görülüb.

Komitə olaraq çalışırıq ki, çətin şəraitdə yaşayan, risk qrupuna daxil olan qadınlarımız üçün real tədbirlər görək. Bu məsələdə biz Heydər Əliyev Fondu, BMT-nin İnkişaf Proqramı, Əhali Fondu ilə sıx əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər, təlimlər, dəyirmi masalar keçiririk. Konkret olaraq qadın məşğulluğu sahəsində çox uğurlu layihələrimiz var. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların zorakılığa məruzqalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir. Xüsusilə, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir. Bununla bağlı 8 rayonda Qadın Resurs Mərkəzləri yaradılıb.

Xüsusilə vurğulamaq lazımdır ki, gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün daha effektiv mexanizmlərin yaradılmasına ehtiyac vardır. Bununla bağlı “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində bir sıra mühüm sənədlərin hazırlanması sahəsində tədbirlər görülüb, müvafiq qurumların məsul şəxsləri ilə səmərəli görüşlər keçirilib. Və cari ilin oktyabr ayında “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” ilə bağlı dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Konfrans təşkil edilib. “Gender Əsaslı Zorakılıqla Mübarizə Sahəsində Qurumlararası Əlaqələndirmə Şurasının Yaradılması” və “Məişət zorakılığının aradan qaldırılması və onunla mübarizəyə dair Milli Fəaliyyət Planı”nın hazırlanması, qanunvericilik bazasının daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər ictimaiyyətə təqdim edilib.

Məişət zorakılığının qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların şəxsiyyətlərinin öyrənilməsi problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır. Bu baxımdan zorakılığa məruz qalanların sosial-demoqrafik vəziyyətinin, zorakılıq qurbanı ilə zorakılığı törətmiş şəxs arasında qarşılıqlı əlaqənin (qohumluq, qonşuluq, dostluq və s.) eyni zamanda, viktim şəraitin səciyyəvi xüsusiyyətlərinin (yəni zorakılığın situativ və ya uzunmüddətli olması, regional xüsusiyyətləri və s.) öyrənilməsi zəruridir. Bundan irəli gələrək, məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması qaydaları Nazirlər Kabinetinin 19.12.2011-ci il tarixli 207 nömrəli Qərarına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılıb. Məlumat bankında baş vermiş məişət zorakılığı halları, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, məişət zorakılığı halları ilə bağlı aparılmış araşdırmalar və araşdırmaların nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslər, məhkəmə qərarları, o cümlədən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri, onların fəaliyyəti barədə və digər məlumatlar toplanır və təhlil olunur. Bu təhlillərin nəticəsində isə maarifləndirmə təlimlərinin hədəfləri müəyyən edilir.

2017- ci ildə BMT-nin Əhali Fondu ilə birgə keçirdiyimiz “Kişilərin gender bərabərliyinə münasibətinə dair Tədqiqat” (IMAGES) kişi və qadınların gender normaları ilə bağlı təcrübəsi və bu məsələlərə dair yanaşma tərzi, gender bərabərliyi siyasətinə münasibət, qayğı göstərmə və kişilərin ata qismində iştirakı da daxil olmaqla ev təsərrüfatındakı dinamika, ailədaxili zorakılıq, sağlamlıq və iqtisadi təzyiq kimi məsələləri əhatə edən ən müfəssəl araşdırma hesab olunur. Həmin təhlilin nəticələrinə əsasən kişilər tərəfindən zorakılığın istənilən formasının törədilməsini ardıcıl qaydada bir neçə amillə əlaqələndirmək olar: Öz analarına qarşı zorakılığın şahidi olma və uşaqlıqda fiziki zorakılığa məruz qalma halları ilə rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən törədilən zorakılıq arasında bağlılıq müşahidə olunur və bu nəticə dünyanın müxtəlif yerlərində zorakılığın nəsillərarası zərərli təsiri ilə bağlı aparılmış tədqiqatların nəticələri ilə üst-üstə düşür. “GEM” Şkalasına əsasən gender bərabərliyini daha az dəstəkləyən və xüsusilə də qadınlara qarşı zorakılıq barədə bəzi fikirlərin (məsələn, “qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir” və “bəzi hallarda qadın döyülməyə layiqdir”) tərəfdarı olan kişilər rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxslərə qarşı daha çox zorakılıq törədən şəxslərdir. 2018-ci ildə BMT-nin Əhali Fondunun Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi ilə birgə hazırladığı “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı tədqiqat aparılıb və 2019-cu ildə onun ictimaiyyətə təqdimatı keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkənin müxtəlif televiziya və internet kanallarında məişət zorakılığı mövzusunda çəkilən verilişlərdə ekspertlərin iştirakını təmin edir, eyni zamanda, İctimai Televiziyada yayımlanan “Müzakirə vaxtı” verilişində “Qadın və Zorakılıq” mövzusu ekspertlərin iştirakı ilə müzakirə olunub. Bu iş davam etməkdədir.

Biz yalnız dövlət qurumları və təşkilatlarla deyil, həm də vətəndaşlarla əməkdaşlıq şəklində işləyirik. Sosial şəbəkədəki hesablarımıza zorakılıq hadisələri ilə bağlı gələn mesajlar onu göstərir ki, cəmiyyətimiz də artıq bu problemə öz mövqelərini göstərməyə hazırdılar. Bu səbəbdən də fəal olan hər bir vətəndaşımıza təşəkkür edirik və demək istəyirik ki, fikirləriniz bizim üçün önəmlidir və cəmiyyət üçün faydalı olan ideyaları dəstəkləməyə hər zaman hazırıq”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO