Sosial 09.12.2019 14:18

DK-nin sədri qadınlara çağırış etdi

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Fransa səfirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda birgə dəyirmi masa keçirib.

Rakus.az xəbər verir ki, tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəsmisi Simona Qatti bildirib ki, gender əsaslı zorakılıq kampaniyası çərçivəsində silsilə tədbirlər təşkil olunub.

O qeyd edib ki, Aİ-nin gender bərabərliyi ilə bağlı öhdəlikləri var, təşkilat bu öhdəliklərə sadiqdir.

Fransanın Azərbaycandakı səfiri Zakari Qross ölkəsinin gender zorakılığına qarşı mübarizə istiqamətində hökumət siyasəti barədə məlumat verib. Səfir bildirib ki, gender bərabərliyi və bu istiqamətdə fəaliyyət Fransada mühüm məsələ elan edilib və cəmiyyət fəalları, ictimai birlikləri, media bu işə cəlb olunub.

Səfir 2020-ci ilin iyulun 7-də Meksika və Fransanın birgə təşəbbüsü ilə gender əsalı zorakılıqla bağlı Parisdə beynəlxalq konfransın keçiriləcəyini deyib.

“Azərbaycanın da yüksək səviyyədə konfransda təmsil olunmağını istərdik”, – deyə səfir vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, gender əsaslı zorakılıqla bağlı kampaniya artıq 16-cı gündür davam edir və bu müddətdə bir sıra layihə və aksiyalar həyata keçirilib.

Azərbaycanın bu istiqamətdə aktiv iş gördüyünü bildirən Dövlət Komitəsinin sədri qadınlara çağırış edib.

“Qadınlar öz hüquqlarını daha yaxşı bilməli, problemlərini gizlətməməlidirlər. Çox istərdik ki, qadınlar hər hansı problemlə üzləşəndə istər polisə, istərsə də digər aidiyyəti qurumlara müraciət etsinlər. Bəzən qadınlar müraciət etməyə çəkinir, qorxur. Bunun müxtəlif səbəbləri var. Bu səbəblərdən birincisi qadınların iqtisadi baxımdan özlərini müstəqil hiss etməmələridir. Qadın öz hüquqlarını bilməli, müstəqilliyini qorumalı, daxilən güclü olmalıdır”, – deyə H. Hüseynova qeyd edib.

Tədbirdə Fransanın Gender Bərabərliyi üzrə Ali Şurasının baş katibi Klarie Jiru da çıxış edib.

Dəyirmi masa çıxışlarla başa çatıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO