Dollar sürətlə ucuzlaşır
FED-in (Federal Ehtiyat Sistemi,ABŞ- red) açıq bazarlar üzrə komitəsi uçot dərəcəsini əvvəlki səviyyədə (2,25-2,5 % civarında) saxlamağa qərar verib.
Rakus.az xəbər verir ki, FED nümayənədələri iqtisadi artım templərinin aşağı düşəcəyindən ehtiyat etdiklərinə görə 2019-cu ildə uçot dərəcəsini artırmamağı qət edib.
Bir çox iqtisadi şərhçilər faiz göstəricisinin bir və ya iki faiz qaldırılacağını proqnozlaşdırırdı.
Faiz göstəricisinin artırılması adətən dolların digər valyutalara nisbətdə bahalaşmasına gətirib çıxarır.
Lakin “Fed”in son qərarından sonra dünya valyuta bazarlarında dolların ucuzlaşması müşahidə olunub. Bakı vaxtı ilə saat 09.15-ə olan vəziyyətə görə, avronun dollara nisbətdə məzənnəsi 1,1423 dollara qədər yüksəlib. Dolların yenə nisbətdə məzənnəsi isə 110,55 yenə qədər aşağı düşüb. (Oxu.Az)