Təhlil 06.03.2025 16:28

Dönən çarx – Zəngəzur yolu və İğdır-Naxçıvan xətti – TƏHLİL

Azərbaycan türklərinin imperiyaları dağıldıqdan sonra torpaqlarında irili-xırdalı dövlətlər quruldu. Bu zaman türklərin tarixi, qədim yurd yerləri də parçalandı. Ayrı-ayrı ölkələrin tərkibinə qatıldı. Azərbaycana aid həmin ərazilərdə bölgəyə aidiyyəti olmayan gəlmə, köçürülmə etnik qruplara aid dövlətlər quruldu.

Bununla da Azərbaycanla Türk dünyası, özəlliklə tarixi Osmanlı dövləti, onun varisi Türkiyə ilə sərhədlərdə türk düşmənliyi edənlər üçün bufer dövlətlər qurulub.

Həmin torpaqlar Azərbaycandır. Çünki oraların da əsl sakinləri, avtoxon xalqı türklərdir. Bunu isə yer, coğrafi adlar, arxeoloji qazıntılar nəticəsində əldə edilən materiallar, qədim tarixi mənbələr, daş kitabələr və başqa vasitələr təsdiqləyir.

XIX əsrdə Rusiyanın Azərbaycanı işğalı ilə torpaqların parçalanması, işğalı çox geniş miqyasda davam edib.

Qaçar səltənəti çar Rusiyasından ərazilərini, xüsusən şimal torpaqlarını işğal və təcavüzdən qorumağa çalışsa da, buna nail ola bilmədi. Nəticədə Azərbaycan parçalandı. Rusiya ələ keçirdiyi, ilhaq etdiyi bölgələrə, xüsusən, İrəvan, Gəncə, Qarabağ, Şamaxı, Bakıya Qacar səltənətindən erməniləri köçürməklə Cənubi Qafqazda gələcək etnik qarşıdurmaların əsası qoyulub.

Tarixin sonrakı mərhələsində Azərbaycan türklərinin tarixi dədə-baba torpaqlarında ermənilər üçün dövlət qurulması planını həyata keçirməyə başlayıblar. Bunun üçün isə ilk növbədə türkləri indiki Ermənistan ərazisindən köçürməyə, qovmağa başladılar. Türkcə yer adları erməniləşdirildi, tarixi mədəni abidələr dağıdıldı. Bir sözlə indiki Ermənistan ərazisindən türklərin izi, varlığını əks etdirən bütün faktları sildilər.

Ancaq tarixi poza, dəyişə bilmədilər. Dünyadakı tarix, coğrafiya və başqa mənbələr həmin bölgədə ermənilərin yaşadığını indiyədək təsdiqləməyib.

Ermənilərin etnik və türk izini təmizləmə siyasətinə şübhə edənlər üçün Qarabağ və ətraf rayonlar işğal altında saxlanılan müddətdə yol verilən cinayətləri yada salmaq kifayətdir. Onlar Azərbaycanın bütün yer adlarını erməniləşdirmişdilər.

Ermənistanın yaradılması, Azərbaycanın parçalanması Türkiyə ilə birbaşa əlaqələrdə problemlər yaradıb.

Torpaqlar işğaldan təmizlənəndən sonra rəsmi Bakı regional və qlobal əhəmiyyətli bir sıra təşəbbüslər irəli sürüb, yaxud rəsmi Ankara ilə birlikdə həmmüəlliflik edib. Bunlardan biri də Zəngəzur yoludur.

Torpaqlarının parçalanması, bölünməsi Azərbaycan bölgələri arasında əlaqələrin yaranmasında problem yaradıb. Naxçıvanla ölkənin başqa regionları arasında rabitə mümkün deyil.

Bu da Azərbaycan torpaqlarının işğalının törəməsidir. Sovetlər dövründə Zəngəzur bölgəsinin Ermənistana verilməsi buna nümunədir. O vaxtlar sovetlər də da çar Rusiyası kimi torpaqları işğal etdiyi üçün ərazilərlə istədiyi kimi davranırdı.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşeviklər Zəngəzuru Ermənistan Sovet Sosialist Respublikasının tərkibinə qatıblar.

Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də İğdır-Naxçıvan qaz xəttinin açılışı mərasimində bu məsələyə toxunaraq deyib: “Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub.

Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı”.

Prezident İlham Əliyev tədbirdəki çıxışında ermənilərin niyyətinin baş tutmamasının səbəbindən danışarkən deyib: “Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir”.

Yeri gəlmişkən, Prezident Zəngəzurun bolşeviklər tərəfindən işğal edilməsi məsələsini 2021-ci il aprelində ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı nitqində də əhatəli danışmışdı.

Bakıda 1920-ci il noyabrın 4-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və Rusiya K(b)P Qafqaz bürosunun üzvlərinin birgə iclasında (protokol №4, 2-ci bənd) “Ermənistanda vəziyyət haqqında Leqran yoldaşın məruzəsi” müzakirə olunub.

İclasda Nərimanov, Hüseynov və Yeqorov, Stalin, Orconikidze, Stasova, Şeynman, Leqran, Qabrielyan və Qarayev iştirak ediblər. Ermənistanla Rusiya arasında imzalanacaq sülh müqaviləsində Zəngəzurun Ermənistana verilməsinə dair məsələ barədə Siyasi Büro üzvləri bildirib ki, bu, siyasi və strateji baxımdan faydalı deyildir. Qərar yalnız çıxılmaz halda edilə bilər. Yəni, Azərbaycanın bu ərazisi onun iştirakı olmadan Rusiyanın müqavilə ilə Ermənistana verməsi düzgün hesab edilməmişdi.

Çünki onda bu ərazi sovetləşdirilməmişdi. 1920-ci il noyabrın 30-da bölgə bolşeviklərin nəzarəti altına tam keçəndən sonra Zəngəzurda Ermənistan ərazisi sayıldı. Onda bolşeviklər Azərbaycanın Türkiyə ilə əlaqələrini kəsmək üçün bu addım atmışdılar. Bununla da Osmanlıdan gələ biləcək yardımların da qarşısını almışdılar. Nəticədə Azərbaycan Respublikası ilə Türkiyənin bir-birindən ayrı düşməsinə nail olmuşdular. Bolşevikləri bu işğalçı addımı həm də Naxçıvanın da erməniləşdirilməsi üçün yol açırdı.

Ermənilərin, havadarlarının Türkiyə ilə Azərbaycan Respublikası arasında əlaqəni böyük planda kəsməyə nail olsa da, iki dövlət böyük layihələri uğurla reallaşdırıb.

Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, TANAP, TAP və həyata keçən, yaxud reallaşdırılması istiqamətində hazırlıq işləri görülən layihələr bunu təsdiqləyir.

Prezidentin çıxışı Zəngəzur bölgəsinin də Ermənistanın işğalı altında olduğunu birmənalı şəkildə deməyə əsas verir.

Azərbaycanın bir əsrdir işğal altında olan bu bölgəsi barədə mənbələrə istinadən bəzi məlumatları da yada salmaq istərdik. Zəngəzurun sahəsi 7824 kv.km-dir. O, indiki Ermənistan Respublikasının Gorus, Qarakilsə (ermənilər Sisian adlandırıb), Qafan, Mehri və Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan rayonlarını əhatə edir. İndi isə bu mahal Şərqi və Qərbi Zəngəzur adı ilə iki hissədən ibarətdir.

Mütəxəssislərin qənaətincə, “Zəngəzur” sözü təmiz türk mənşəli toponimdir. “Zəngi” – qədim türk tayfasının adıdır. Hazırda həmin bölgədə yerləşən bir çox coğrafi adların – Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngişalı, Zəngi çayı, Zəngibasar, Zəngilər, Zəngan, Zəncan, Zəngilli və s. kimi kənd, çay, dağ adlarının qaynağıdır.

Məlumata görə, Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Abbasqulu ağa Bakıxanov və başqa bu kimi alimlərin əsərlərində bu türk tayfasının adına tez-tez rast gəlinir. “Zəngəzur” sözünün ikinci leksemi olan “zur” – qədim türk dillərində dağlıq, yarğanlıq, qayalıq kimi anlamları ifadə etməklə, zəngilərin yaşadığı dağlıq ərazinin relyefini səciyyələndirir.

Tarixi mənbələrdə qədim səyyahların memuar və tədqiqatlarında da Zəngəzur türklərin yurd yeri kimi təqdim edilir.

Araşdırmaçılar bildirir ki, qədim türk eposu “Kitabi-Dədə Qorqud” dastanındakı hadisələrdən bəziləri Zəngəzurda cərəyan edir. Kitabdakı xeyli yer, şəxs, tayfa adı indi də bu ərazidə mövcuddur – Gorus, Əngəleyüz, Dondarlı, Ulaşlı, Qundanlı, Əkərək, Boynəkər, Basat çayı, Qapıcıq dağı, İçağız və Daşağız mağara kahaları, Ağqaya, Qaragöl, Qaradağ, Ağdüz, Qarayer, Ağdərə, Ağqaya, Ağbulaq, Qaraqaya, Qarasu, Qaraçay, Qara dərə, Qarahun dərə, Xocik, Ağhasar və sair.

Zəngəzur mis-molibden kombinatı var. Bu da bölgənin türklərə aid olması faktlarındandır.

Türkün bu kitabının tarixi isə erməni etnosunun formalaşmasından daha qədimdir. Bu baxımdan Zəngəzurun Azərbaycan ərazisi olması bir faktdır. İğdır-Naxçıvan xətti isə perspektivdə bu ərazidən uzana biləcəyi də istisna deyil.

Belə olan halda Türküstanla Azərbaycan və Türkiyəni birləşdirəcək, oradan isə Avropaya qədər uzanacaq xəttin Zəngəzur yolundan keçəcəyi də uzaq görünmür.

Bu regional və qlobal layihə bir gerçəklikdir. Ona qarşı çıxmaq isə reallıq hissini özündən uzaqlaşdırmaq, onu itirməkdir. Bir vaxtlar Şuşa da daxil olmaqla Azərbaycan ərazilərinin işğaldan təmizlənəcəyinə də inanmayanlar var idi. Vətən Azərbaycan torpaqları zaman keçdikcə parçalandığı kimi bütövləşəcək. Fələyin çarxı bunu da edə bilir.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Təhlil / 06.03.2025 16:28
Dönən çarx – Zəngəzur yolu və İğdır-Naxçıvan xətti – TƏHLİL
Siyasi, Təhlil / 06.03.2025 14:11
İrəvan 100 illik plandan imtina edir – ANONS
Müsahibə / 06.03.2025 10:48
Ülviyyə Qarayeva: “Plagiat layihələrin sayı əhəmiyyətli dərəcədə azalıb”
Elm və təhsil / 05.03.2025 22:49
“1459-cu il xəritəsində Qafqazdakı yer adları Azərbaycan dilində verilib” - VİDEO
Elm və təhsil / 05.03.2025 13:44
Erməni tarixini keşişlər yazıb – ANONS - VİDEO
Siyasi, Təhlil / 05.03.2025 12:10
Ukraynanı daha çətin günlər gözləyirmi? – TƏHLİL - FOTO - VİDEO
Siyasi, Sosial / 04.03.2025 22:17
Arazdəyən, Aralıq, Aralıq Qoyun – türk tarixinin izi - FOTO - VİDEO
Hərbi, Müsahibə / 04.03.2025 19:01
“Məğlubedilməz Ermənistan ordusu mifi hələ 2016-cı ilin aprelində dağılıb” - VİDEO
Siyasi, Sosial / 04.03.2025 14:36
Ermənilərin xaraba qoyduğu məskənlər – ANONS - VİDEO
Hərbi / 04.03.2025 11:37
Ermənistanda “silahlanma yarışı” gedir – ANONS - VİDEO
Mədəni / 04.03.2025 00:01
Bu gün Od çərşənbəsidir
Müsahibə / 03.03.2025 22:09
“Çar Rusiyası məqsədli şəkildə erməniləri mühüm vəzifələrə təyin edirdi” - FOTO - VİDEO
Təhlil / 03.03.2025 16:05
Vaşinqtonla Kiyevin mübahisəsi – ABŞ – Aİ “toqquşması” – TƏHLİL
Siyasi / 03.03.2025 12:42
“Londonun Kiyevə hərbi dəstəyi Avropanın təhlükəsizliyi üçün də önəmlidir”  - FOTO - VİDEO
Mədəni, Siyasi / 01.03.2025 22:12
“Azərbaycanlıları çıxarıb, erməniləri gətirib, kurort şəhər saldılar” - FOTO - VİDEO
Mədəni / 01.03.2025 14:22
İstisuda qadınların “parçakəsdi” mərasimi – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 28.02.2025 22:41
“Cıvıxlılar qədim Baharlar türk tayfasının əsgərləri olublar” - FOTO - VİDEO
Təhlil / 28.02.2025 15:56
Regional reallıq – PKK arxivə göndərilir – TƏHLİL
Siyasi / 28.02.2025 15:23
Qərbi Azərbaycana qayıdış APA-nın Bakı Bəyannəməsində qeyd edilib - FOTO
Elm və təhsil, Siyasi / 28.02.2025 13:40
Ermənilər dərs saatlarımızı vermirdilər – Mahir Məsimovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 27.02.2025 22:38
Paşinyan Azərbaycana dəhliz verib, amma bunu “yol” adı altında gizlədir? - FOTO - VİDEO
Təhlil / 27.02.2025 17:17
Erməni hamisi Zatulin – zühur edən “qırxıqbaş” – TƏHLİL
İqtisadi, Siyasi / 27.02.2025 13:34
Zəngəzurdan Naxçıvana keçid olacaq? – ANONS - VİDEO
Mətbuat, Siyasi / 27.02.2025 10:23
Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir - FOTO - VİDEO
Elm və təhsil / 26.02.2025 22:41
“Fransa krallarının iki qlobusunu Napoleon niyə Bastiliya qalasının zirzəmisində gizlətdi?” - FOTO - VİDEO
Təhlil / 26.02.2025 17:47
Uğursuz elçilik – Trampın Makrona tapşırığı – TƏHLİL