Təhlil 01.08.2019 23:39

Tramp-Kouts qarşıdurması – istefanın pərdəarxası sirləri – TƏHLİL - FOTO

Məlumdur ki, ABŞ Prezidenti Donald Tramp Milli Kəşfiyyat Agentliyinin direktoru Den Koutsun vəzifədə iki il qaldıqdan sonra istefa verdiyini elan edib.

Rakus.az xəbər verir ki, bu vəzifədə olduğu müddətdə Kouts və Ağ ev arasında kəşfiyyat siyasəti ilə bağlı kəskin fikir ayrılıqları müşahidə edilirdi. Den Kouts istefa məktubunu Prezident Trampa bazar günü təqdim edib.

Tramp “Twitter” səhifəsində yazdığı mesajında Koutsun avqustun 15-də vəzifəsini tərk edəcəyini elan edib və ona göstərdiyi xidmətə görə təşəkkürünü bildirib. O, Milli Kəşfiyyat Agentliyinin direktoru vəzifəsinə Texas ştatından respublikaçı konqresmen və Trampa loyal olan Con Ratkliffin nominasiyasını irəli sürəcəyini deyib.

Tramp Ratkliffi ABŞ-ın “çox hörmətli” keçmiş vəkili kimi təsvir edib.

Texas ştatından respublikaçı konqresmen Con Ratkliff
Texas ştatından respublikaçı konqresmen Con Ratkliff

Con Ratkliff keçən həftə ABŞ-ın keçmiş xüsusi prokuroru Robert Müllerin Konqresin Nümayəndələr Palatasının Ədliyyə komitəsi qarşısında ifadə verməsini qınayıb.

O, Müllerin Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxilə səylərinin “geniş və sistematik” olduğu ilə bağlı dedikləri ilə razılaşdığını deyib. Lakin o, Müllerin Trampın ədalət mühakiməsinə mane olub-olmadığı məsələsində bəraət almadığı ilə bağlı fikirlərini tənqidə məruz qoyub.

ABŞ-ın keçmiş xüsusi prokuroru Robert Müller Konqresin Nümayəndələr Palatasının Ədliyyə komitəsi qarşısında ifadə verir, 24 iyul, 2019.
ABŞ-ın keçmiş xüsusi prokuroru Robert Müller Konqresin Nümayəndələr Palatasının Ədliyyə komitəsi qarşısında ifadə verir, 24 iyul, 2019.

Prezident Tramp ABŞ hərbi qüvvələri və mülki kəşfiyyat agentliklərinə, xüsusilə də ABŞ-ın kəşfiyyat agentliklərinin Rusiyanın 2016-cı ildə prezident seçkilərinə müdaxiləsinə dair heç bir şübhənin olmadığı haqda nəticə çıxarmasından sonra çox vaxt tənqidi yanaşma nümayiş etdirib.

Den Kouts ABŞ-ın Milli Kəşfiyyat Agentliyinin direktoru vəzifəsinə 2017-ci ilin mart ayında başlamışdı. Onunla Tramp arasında bir sıra məsələlər, o cümlədən, Birləşmiş Ştatların Rusiya, Şimali Koreyanın nüvə proqramı və İranın 2015-ci il nüvə razılaşmasının şərtlərinə əməl edib-etmədiyi kimi kəşfiyyat siyasətinə dair önəmli məsələlərdə fikir ayrılıqları mövcud idi.

Tramp 2018-ci ildə İranla dünya qüdrətləri arasında Tehranın nüvə proqramının məhdudlaşdırılması müqabilində iqtisadi sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan razılaşmadan çıxıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO