Doqquzuncu günün gündəliyi belədir
Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının 9-cu günündə 28 dəst medal sahibini tapacaq.
APA-nın .Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan idmançıları dörd növdə qüvvəsini sınayacaq.
Yunan-Roma güləşçilərimizdən üçü mübarizəyə start verəcək. Həmçinin üç karateçimiz medallar uğrunda mübarizə aparacaq.
Boksçu Alfonso Dominqes finalda qüvvəsini sınayacaq. İdman gimnastikasında isə İvan Tixonov çoxnövçülükdə medallar üçün mübarizəyə qoşulacaq.
Qeyd edək ki, iyunun 29-da daha dörd növdə yarışlar keçiriləcək. Bunlar badminton, çimərlik futbolu, velosiped idmanı və stolüstü tennisdir.
29 iyun
Boks
18:55. 81 kq, final
Alfonso Dominqes – Bencamin Vittaker (Böyük Britaniya)
Yunan-Roma güləşi
12:20. 87 kq, 1/8 final
İslam Abbasov – Nikolay Dobrev (Serbiya)
13:00. 97 kq, 1/8 final
Orxan Nuriyev – Daniel Qastl (Avstriya)
13:10. 130 kq, 1/8 final
Sabah Şəriəti – Ante Milkoviç (Xorvatiya)
İdman gimnastikası
15:00. Kişilər, çoxnövçülük
İvan Tixonov
Karate
10:20. Kişilər, kata
Roman Heydərov
12:00. Qadınlar, 68 kq
İrina Zaretska – Silviya Semeraro (İtaliya)
12:20. Qadınlar, 68 kq
İrina Zaretska – Alize Aqier (Fransa)
12:35. Qadınlar, 68 kq
İrina Zaretska – Miroslava Kopunova (Slovakiya)
13:30. Kişilər, 84 kq
Asiman Qurbanlı – Tirol Darnel Lardi (Hollandiya)
13:50. Kişilər, 84 kq
Asiman Qurbanlı – Conatan Horne (Almaniya)
14:05. Kişilər, 84 kq
Asiman Qurbanlı – Alparslan Yamanoğlu (Türkiyə)
(apa.az)