“Azəriqaz” çoxmərtəbəli binaları qazlaşdırır
Bu ilin yanvar-aprel ayları ərzində çoxmərtəbəli binalar üzrə 6 min 262 mənzildə təbii qazın açılması təmin olunub.
“Azəriqaz” İstehsalat Birliyindən (İB) Rakus.az-a bildirilib ki, birlik çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, İB bu ilin yanvar-aprel ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 6 min 262 ailə yaşayır.
“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.