Gündəm 25.04.2024 22:32

Dörd kəndi də azad edən İlham Əliyevin inanılmaz Qərbi Azərbaycan planı - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, süjetdə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasından, sərhədin delimitasiyası üzrə hər iki tərəfdən qurulan komissiyaların bu il aprelin 19-da iclasında əldə olunan razılaşmanın həm region, həm də Azərbaycan üçün mühüm hadisə olmasından bəhs edilir.

Bildirilir ki, Azərbaycan və Ermənistan məsələni ikitərəfli formatda həyata keçirilən təmaslarla həll etdi: “Bu, bir daha sübut edir ki, Bakı-İrəvan xəttində problemlərin həlli üçün üçüncü tərəflərin vasitəçiliyinə ehtiyac yoxdur, əksinə belə müdaxilələr əlavə problemlər yaradır. Uzunmüddətli düşmənçiliyə baxmayaraq, iki ölkə “dil tapa” bilər və bu, qarşıda gözlənilən böyük sülh sazişinin də yalnız ikitərəfli formatda bağlanmasının mümkünlüyünü ön plana çıxarır. Burada ən mühüm məqam Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın öz doğma yurdlarına qayıdışıdır”.

Qeyd olunur ki, bütün bunlar Prezident İlham Əliyevin memarı olduğu böyük zəfərin komponentləridir və bu qələbənin müəllifi olan lider Qərbi Azərbaycana tanklar üzərində yox, maşınlarla, sülh içində qayıdacağımızı elan edib: “Son 4 ildə yaşadığımız böyük tarix əminlik yaradır ki, öz doğma yurdundan qovulmuş soydaşlarımız verdiyi sözlərə əməl edən və bütün hədəflərə nail olan Prezident İlham Əliyevin liderliyi altında Qərbi Azərbaycana ləyaqətlə, qürurla qayıdacaq”.

Sonda vurğulanır ki, 4 kəndin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistan arasındakı razılaşmanın detalları bunu bir daha təsdiq edir: “Sərhədin digər hissələrinin də delimitasiyası prosesində 1991-ci il Alma-Ata bəyannaməsinə istinad edilməlidir. Beləliklə, Azərbaycan sülh sazişinə Qərbi Azərbaycan məsələsini, soydaşlarımızın öz evlərinə qayıdışını daxil edəcək. Hər şey böyük qayıdışa hesablanıb və torpaqlarımızı hissə-hissə azad edən Prezident İlham Əliyev Azərbaycanı bu hədəfə doğru addım-addım yaxınlaşdırır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında aprelin 24-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

 

 

XƏBƏR LENTİ
Gündəm, Siyasi, Təhlil / 25.04.2024 22:32
Dörd kəndi də azad edən İlham Əliyevin inanılmaz Qərbi Azərbaycan planı - FOTO - VİDEO
Təhlil / 25.04.2024 14:26
Rəsmi Bakı İrəvanı belə ağıllandırır – ANONS - VİDEO
Siyasi, Sosial / 24.04.2024 22:03
Qızıl Qoçun türk əhalisi ailəliklə sürgün edilib - FOTO - VİDEO
Təhlil / 24.04.2024 15:20
Sərhəd dirəyi – Aprel ayına dəyişən tarixi baxış – TƏHLİL
Maraqlı, Siyasi, Sosial / 24.04.2024 13:56
Muş ermənilərin yerləşdirildiyi rayon – ANONS - VİDEO
Mədəni, Sosial / 23.04.2024 22:36
Qərbi azərbaycanlıların mədəni irsi – ermənilərin iddiaları - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 23.04.2024 19:02
“Ermənistan Rusiya, Avropa və ABŞ-ın təmas nöqtəsinə çevrilir” - VİDEO
Maraqlı, Sosial / 23.04.2024 13:28
Erməni araşdırmaçıların iftira və etirafları – ANONS
Müsahibə, Siyasi / 23.04.2024 13:10
Fransa Ermənistanı yenidən qızışdırır – ANONS - VİDEO
Siyasi, Təhlil / 23.04.2024 11:58
ATƏT-in büdcəsindən 19 ildir qanunsuz əməkhaqqı alan səfir – TƏHLİL
Müsahibə / 22.04.2024 22:55
“Haylar Orta Asiya ərazilərinə iddia edirlər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi, Təhlil / 22.04.2024 16:48
İran səfirinin yersiz müdaxiləsi – ermənisayaq mövqe – TƏHLİL
Mədəni, Siyasi / 20.04.2024 22:00
“Ağbaba əhalisi qarslılarla birlikdə dövlət yaradıb” – Qərbi Azərbaycan Xronikası - VİDEO
Hadisə, Siyasi / 19.04.2024 21:38
“Ermənilər kəndə xəbər göndərirlər ki, əgər çıxmasanız, gəlib sizi  yandıracağıq” - FOTO - VİDEO
Maraqlı, Sosial / 19.04.2024 13:19
“Bir gün doğma yurda qayıdacağıq” – Elza Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 18.04.2024 22:28
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - FOTO - VİDEO
Siyasi, Təhlil / 18.04.2024 13:16
Ermənistan xəritədən silinə bilər – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 17.04.2024 22:23
Qəmərli niyə Artaşat rayonu adlandırılıb? - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2024 13:13
Erməni caynağına keçən Qəmərli rayonu – ANONS
Siyasi, Təhlil / 17.04.2024 10:18
İsrail-İranın müharibəsi – “divardakı tüfəng”in tətiyi – TƏHLİL
Müsahibə / 16.04.2024 22:24
Erməni jurnalist 1988-ci ildə soyqırımı törətmiş ermənilərin etiraflarını yaydı - FOTO - VİDEO
Müsahibə, Siyasi / 16.04.2024 19:00
“Ermənistan Hindistanın yeni texnologiyanı sınaqdan keçirən laboratoriyasıdır” - VİDEO
Hadisə, Siyasi / 16.04.2024 15:45
Böyük Qarakilsə qətliamları – ANONS
Gündəm, Mətbuat / 16.04.2024 14:21
Şəhid yurnalistin məzarı ziyarət olunub - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 16.04.2024 13:58
Hemşinlilər türkdür – ANONS
Mətbuat / 16.04.2024 10:14
Qırılan haqq yolçuluğu…