Mətbuat 20.03.2020 12:24

“Dövlət başçısının sözlərindən böyük təminat ola bilməz” – Əflatun Amaşov

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımıza Novruz təbrikində səsləndirdiyi fikirlər nikbinlik yaradır. Amma bu nikbinlik üçün bir olmağımız, bütövlüyümüz şərtdir. Dünyanı cənginə almış təhlükəli koronavirus pandemiyasına qarşı birliyimiz, özümüzə və ətrafdakılara münasibətdə ortaya qoymalı olduğumuz məsuliyyət hissimizlə qalib gəlməliyik”.

Rakus.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında əsl liderlik keyfiyyətlərini bir daha nümayiş etdirdi:

“O, hər bir vətəndaşın arxasında dövlətin dayandığını, dövlətin vətəndaşı qorumaq üçün bütün potensialını işə saldığını vurğuladı. Dövlət başçısının sözlərindən böyük təminat ola bilməz.

Bəli, xalqımızdan indiyədək görünməyən fədakarlıq tələb olunur. Siyasi baxışlarından, mövqeyindən, hadisə və proseslərə yanaşmasından asılı olmayaraq, hər kəsin bu tələbə adekvat davranması şərtdir. Gün sözün əsl mənasında vətənpərvərlik günüdür. Vətənpərvərliyi hər kəs öz əməlində yaşatmalıdır”.

Sədr bildirib ki, biz bəşəri sınaqdan çıxmaq əzmimizi nümayiş etdirməliyik:

“İmkan verməməliyik ki, hansısa təxribatçı qüvvələr koronavirusun yaratdığı durumdan bəhrələnərək mənfur niyyətlərini gerçəkləşdirmək üçün meydan qazansınlar. Hər bir vətəndaş ilk növbədə dövlətinə sığınmalıdır. Dövlətin müəyyənləşdirdiyi kursa uyğun davranmalıdır.

Dövlətimiz üçün vətəndaşın təhlükəsizliyi, sağlamlığı, rifahı, ölkədəki asayişin qorunması hər şeydən vacibdir. Cənab Prezident də çıxışında bunu vurğuladı. Onun mövcud istiqamətdəki qətiyyətli mesajları da əminlik yaradır. Hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməliyik. Bu, öhdəliyimizdir. Dövlət başçımız öhdəlikdəki məcburiyyəti yada salmaqla yanaşı, gərginliyi də götürür, hər bir vətəndaşı xalqımızın gen yaddaşına hopmuş nəcib dəyərləri – qayğıkeşliyi, nəvazişi ortaya qoymağa çağırır. Bu isə son dərəcə mühüm məsələdir”.

Ə.Amaşov vurğulayıb ki, jurnalistlər də Prezidentin səsləndirdiyi fikirlərə adekvat münasibət göstərməlidir:

“Onlar cəmiyyətin aktiv kəsimidir. Bu gün ən müxtəlif istiqamətlərdə iş rejimində məhdudiyyətlər ola bilər. Amma media elə spesifik sahədir ki, burada hansısa məhdudiyyətlər olmamalıdır. Əksinə daha ciddi şəkildə fəaliyyət göstərilməlidir. Fəaliyyət isə ilk növbədə Azərbaycan dövlətinin müəyyənləşdirdiyi kursa, yəni şəraitin diqtə etdiyi tələblərə uyğun tərzdə qurulmalıdır.

Bu gün Azərbaycan koronavirusa qarşı həyata keçirilən əməli tədbirlərlə bütövlükdə dünya üçün örnək sayılır. Qabaqlayıcı, önləyici işlər öz faydasını verir. Cənab Prezident də çıxışında mövcud məqamı qabartdı. Amma o, eyni zamanda arxayınlaşmaq üçün əsasın olmadığına dair mesajlar da verdi. Çünki dünya indiyədək az-az rast gəlinən kütləvi bəla ilə üz-üzədir. Biz bunu bütün varlığımızla dərk etməliyik. Cəmiyyətdə məsuliyyət hissinin artırılması üçün media əzmlə çalışmalıdır. Redaksiya rəhbərləri daha məsuliyyətli olmalıdır”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO