Müsahibə 09.04.2019 14:59

Dövlət daim sahibkarların yanındadır – Orxan Məmmədov

Bakının Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlara dövlət tərəfindən müxtəlif dəstək tədbirləri göstərilir. Bu məqsədlə İşçi qrupu və sahibkarların suallarının operativ cavablandırılması üçün “qaynar xətt” yaradılıb, 5 ay icarə haqqı ödənilməməklə sahibkarlara Bakının müxtəlif ərazilərində ticarət obyektləri təklif olunub. Aprelin 5-dən etibarən isə sahibkarlara maddi yardımın göstərilməsinə başlanılıb. Ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri barədə Trend-in suallarını İşçi qrupunda təmsil olunan Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov cavablandırıb.

– Orxan müəllim, KOBİA-nın da təmsil olunduğu İşçi qrupunun fəaliyyəti və zərər çəkmiş sahibkarlara göstərilən dəstək tədbirləri barədə ətraflı məlumat verməyinizi xahiş edirik.

– Əvvəlcə qeyd etmək istərdim ki, martın 26-da Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın Azərbaycan dövlətinin hər zaman öz vətəndaşının yanında olduğunu və dövlətin sahibkar üçün ən yaxşı tərəfdaş olduğunu bir daha göstərdi. Hadisədən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məsələni şəxsi nəzarətinə götürdü, dövlət başçısının sədrliyi ilə müşavirə keçirildi. Növbəti addım olaraq ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar komissiyanın yaradılması və sahibkarlara maddi yardımın göstərilməsi haqqında sərəncamlar imzalandı.

Müşavirədən sonra yanğından zərər çəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili məqsədilə İqtisadiyyat Nazirliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin də təmsil olunduğu İşçi qrupu və Agentlikdə (012) 404-04-01 nömrəli “qaynar xətt” yaradıldı. Martın 29-dan etibarən KOBİA-nın inzibati binasında sahibkarların qəbulu üçün müvafiq şərait yaradıldı və növbəlilik prinsipi gözlənilməklə İşçi qrupu tərəfindən sahibkarların qəbulu keçirildi.

Üç gün davam edən qəbulda zərər çəkmiş sahibkarlar dövlət başçısının tapşırığına uyğun olaraq, fərdi qaydada İşçi qrupu tərəfindən qəbul edildi, onların problemləri, dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənildi, baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklər və bu istiqamətdə tələb olunan işlər müzakirə olundu.

Martın 29-dan etibarən fəaliyyətə başlamış 404-04-01 nömrəli “qaynar xətt”ə indiyədək 600-dən çox müraciət daxil olub. Bu müraciətlər KOBİA-nın əməkdaşları tərəfindən operativ şəkildə cavablandırılıb, onlara müvafiq izahatlar və məlumatlar verilib.

– İşçi qrupu çərçivəsində neçə sahibkarla görüş keçirilib və onların ehtiyacları nədən ibarət olub?

– İşçi qrupu tərəfindən yanğından ziyan çəkmiş sahibkarların hər biri ilə əvvəlcədən razılaşdırılmaqla müəyyən olunmuş vaxtlarda qəbul keçirilib. Ümumilikdə qəbul çərçivəsində 450-yə yaxın sahibkar fərdi qaydada qəbul edilib. Hər bir sahibkar ayrıca dinlənilib, onlara dəymiş zərərin qiymətləndirilməsi və fəaliyyətin bərpası üzrə dəstəklərə dair hazırlanmış xüsusi məlumat formaları paylanılıb. Bu anket formaları vasitəsilə hər bir sahibkarlıq subyekti barədə müvafiq məlumatlar, onlara dəymiş ziyanın həcmi, fəaliyyətlərinin bərpası üçün ehtiyacları öyrənilib.

Ümumilikdə İşçi qrupu tərəfindən qəbul zamanı 385 sahibkar 15 milyon manatadək güzəştli kreditə ehtiyacının olduğunu bildirib. Artıq sahibkarlarla bu istiqamətdə işlərə başlanılıb.

Bundan başqa, ticarət mərkəzləri ilə danışıqlar aparılaraq sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərtilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 8 ticarət mərkəzində ümumi sahəsi 31 min kv.m-dən çox olan 690-a yaxın ticarət obyekti təklif olunub. Ümumilikdə qəbul çərçivəsində 412 sahibkar ümumi sahəsi 12,5 min kv.m olan ticarət obyektlərinə ehtiyacının olması barədə məlumat verib. Artıq 20-ə yaxın sahibkar 5 ay icarə haqqı ödənilməmək şərtilə müxtəlif ticarət obyektlərində yerlərlə təmin olunub. Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.

– Aprelin 4-dən etibarən zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb. İndiyədək neçə sahibkara maddi yardım göstərilib?

– Bildiyiniz kimi, dövlət başçısının müvafiq sərəncamı ilə Nizamı rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın zamanı zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi üçün İqtisadiyyat Nazirliyinə 3 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsinə dair qaydalar təsdiq edildikdən dərhal sonra KOBİA-nın inzibati binasında sahibkarlardan ərizələrin qəbuluna başlanılıb.

İndiyədək 210 sahibkar maddi yardımla bağlı ərizə ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edib. İşçi qrupu tərəfindən indiyədək 161 sahibkara maddi yardımın göstərilməsi qərara alınıb. Maddi yardımın ödənilməsi “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

Zərər çəkmiş sahibkarlardan ərizələrin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.

Bundan başqa, aprelin 6-dan etibarən sahibkarlar yanğın baş vermiş ticarət mərkəzindən mallarının çıxarılmasına başlayıblar. Artıq 80-dən artıq sahibkar mallarını ticarət mərkəzindən çıxarıb. Mallarının daşınması üçün sahibkarlar nəqliyyatla təmin olunurlar.

– Zərər çəkmiş sahibkarların böyük əksəriyyətinin sığortası yoxdur. Bununla belə, dövlət tərəfindən onlara maddi yardım göstərilir.

– Dünyanın heç bir ölkəsində özəl sektorda bu cür hadisələr zamanı dəyən ziyanın ödənilməsini dövlət öz üzərinə götürmür. Azərbaycanda təbii fəlakətlər və yanğınlar zamanı dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi, ziyan çəkən insanlara dəstəyin göstərilməsi ardıcıl xarakter daşıyır. “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara dəymiş ziyanın ödənilməsi barədə ölkə başçısının verdiyi tapşırıq bir daha göstərdi ki, dövlət sahibkarın ən böyük dəstəkçisidir.

Baş vermiş hadisə müxtəlif sahələrdə, xüsusilə də biznes sektorunda sığortanın vacibliyini, hər bir sahibkarın öz malını və mülkünü sığorta etdirməsinin önəmini göstərdi. Sığorta vasitəsilə baş verə biləcək bu kimi hadisələrdən daha az zərərlə çıxmaq mümkündür. Ticarət mərkəzindəki yanğından zərər çəkən sahibkarların özləri də qeyd edir ki, sığortaları olmadığı halda onlara maddi yardımın verilməsi Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımıdır və dövlətin daim sahibkarların yanında olmasının daha bir göstəricisidir.

Sahibkarlıq subyektləri, xüsusilə də kiçik və orta sahibkarlar mal və mülklərinin sığorta olunmasında maraqlı olmalıdırlar. Sığorta şirkətləri və sahibkarlar arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi vacibdir. Sahibkarların sığortanın vacibliyi ilə bağlı maarifləndirilməsi, eləcə də sığorta şirkətləri və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində KOBİA da müvafiq maarifləndici tədbirlər keçirməyi planlaşdırır.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO