Sosial 15.05.2019 18:39

Binəli özü rüşvət təklif edib – Gömrük Komitəsi - VİDEO

Bəzi internet resurslarında əslən azərbaycanlı olan Gürcüstan vətəndaşı Binəli Osmanovun məktubuna əsasən gömrük orqanlarının fəaliyyətinə dair həqiqətə uyğun olmayan böhtan dolu məlumatlar yayımlanıb. Belə ki, B.Osmanov mayın 4-də Gürcüstandan Azərbaycana gələrkən özü ilə gətirdiyi 5 litr çaxırın “Qırmızı Körpü” gömrük postunda gömrük əməkdaşları tərəfindən zorla əlindən alındığını, gömrükçülər tərəfindən ona və yaxınlarına qarşı kobud rəftar edildiyini iddia edir.

Rakus.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, əslində həmin vətəndaş məktubunda qanunvericiliyin tələblərini pozduğunu özü etiraf edir. Belə ki, Nazirlər Kabinetinin 305 nömrəli Qərarına əsasən, gömrük sərhədini keçən şəxs güzəştli qaydada, yəni hər hansı gömrük ödənişləri həyata keçirmədən yalnız 1,5 litr alkoqollu içkini ölkə ərazisinə gətirə bilər. Həmin şəxsin gətirdiyi alkoqollu içkinin miqdarı qanunvericilikdə müəyyən olunan həddi keçdiyi üçün gömrükçülər tərəfindən akt tərtib olunaraq müvəqqəti saxlanca götürülüb.

Bundan başqa, məlumatda gömrük orqanlarına qarşı bir sıra haqsız, eyni zamanda, müəllif və yayımlayan şəxslər üçün qanun qarşısında məsuliyyət yaradacaq əsassız digər iddialar da irəli sürülür. Lakin Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma zamanı məlum oldu ki, mayın 4-də Gürcüstandan ölkə ərazisinə daxil olan B.Osmanov gömrük bəyannaməsində özü ilə 1,5 litr alkoqollu içki və 15 kiloqram ərzaq gətirdiyini bildirsə də, yoxlama zamanı avtomobildən 10 litr alkoqollu içki aşkar edilib. Həmin fakt müvəqqəti saxlanca götürülən mallarla bağlı tərtib olunan aktda da öz əksini tapıb ki, bu da gömrük orqanlarına yalan məlumat verilməsi deməkdir.

Gömrük postunun ərazisində quraşdırılan kameralar vasitəsilə B.Osmanovun gömrük nəzarətindən keçmə prosesi videoyazıya alınıb. Təqdim olunan videotəsvirlərdə gömrükçülərin ona qarşı hansı “nəzakətsiz davranış”lara və “kobud rəftara” yol verdiyini də ictimaiyyətin müzakirəsinə buraxırıq.

Üstəlik gömrük xidmətinin və gömrük əməkdaşlarının qanunsuz əməllərindən bəhs edən həmin şəxs istəyinə nail olmaq üçün gömrük əməkdaşına rüşvət də təklif edib. Belə ki, videotəsvirlərin 30-cu saniyəsindən etibarən davam edən hissəsində B.Osmanovun avtomobilin salonuna daxil olaraq oradan əlində sənədlə qayıtması və sənədin arasında pul əsginasını gömrük əməkdaşına vermə cəhdi və gömrük əməkdaşının da buna qəti etirazı aydın şəkildə öz əksini tapıb.

“Təəssüfdoğurucu məqamlardan biri də odur ki, son zamanlarda bir sıra dırnaqarası media qurumları məqsədli şəkildə müxtəlif fiziki və hüquqi şəxslərin subyektiv, yalan iddialarına əsaslanaraq qarşı tərəfin rəyini öyrənmədən gömrük orqanlarının fəaliyyətinə kölgə salan məlumatlar yayımlamaqdadırlar və bu media orqanlarının yayım siyasətlərində və ya təfəkkürlərində əsaslı dəyişiklik etmələrinə ciddi ehtiyac var”, – deyə DGK-nın məluatında qeyd olunur.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO