Siyasi 08.01.2024 17:34

Dövlət katibi səfərini niyə Türkiyədən başlayıb? – TƏHLİL

ABŞ-nin dövlət katibi Antoni Blinkenin (Antony Blinken) Aralıq dənizi hövzəsi və Yaxın Şərqə səfəri davam edir. O, regiona ziyarətini Türkiyədən başlayıb. Sonra Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə səfər edib. Bu ziyarətin əsas mövzusu heç şübhəsiz Fələstində, o cümlədən Qəzza zolağında vəziyyət, HƏMAS-İsrail müharibəsinin bölgəyə təsiri və onun perspektivləri, habelə Qırmız dənizdə husilərin pozuculuq fəaliyyətinin qarşısının alınması kimi məsələlərdir. Habelə regiondan neft və təbii qazın nəqlinin təhlükəsizliyinin təmin edilməsi ətrafında fikir mübadiləsinin aparılması da istisna edilmir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antoni Blinkeni qəbul edib. Ondan əvvəl isə xarici işlər naziri Hakan Fidanla görüşüb. Türkiyə lideri ilə ABŞ rəsmisinin danışıqları 1,5 saat davam edib. Tərəflər Qəzza zolağındakı vəziyyəti, F-16-ların Türkiyəyə satışını, İsveçin NATO-ya üzvlüyünü, Rusiya-Ukrayna müharibəsinin gedişini, Kiyevlə Moskva arasında vasitəçilərin iştirakı ilə “Taxıl sazişi”nin müddətinin uzadılmasını, İsrailin təhlükəsizliyinin təmin olunmasını, Fələstin dövlətinin yaradılmasını müzakirə ediblər.

H.Fidan A.Blinkenlə görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma və sülh danışıqları prosesini müzakirə etdiklərini bildirib: “Biz Türkiyə olaraq iki ölkə arasında sülh sazişini dəstəklədiyimizi və bunun reallaşması üçün əlimizdən gələni etdiyimizi bildirdik. Onlar da bu məsələdə həmfikirdirlər, düşünürük ki, bölgədə normallaşma bölgənin xeyrinə olacaq”.

Dövlət katibi səfərini niyə Türkiyədən başlayıb? Bunun bir sıra səbəbləri ola bilər.

Birincisi, Türkiyə Aralıq və Qara dəniz hövzələri, Yaxın Şərq bölgəsi, habelə Cənubi Qafqazda gedən proseslərin, hadisələrin başlıca aktorlarındandır.

İkincisi, rəsmi Ankaranın Rusiya və Ukrayna ilə münasibətləri normaldır. Başqa sözlə, Türkiyə hakimiyyəti başqalarından fərqli olaraq rəsmi Moskva və Kiyevlə müzakirələr aparır və tərəflər üçün təminatçı dövlət rolu oynaya bilər. Bundan əlavə, onun Qara dəniz hövzəsinə aid ölkələrlə də münasibətləri qənaətbəxşdir.

Üçüncüsü, Türkiyənin Yaxın Şərqdə ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətərlə əlaqələri yaxşıdır, geniş iqtisadi əməkdaşlığı var.

Dördüncüsü, rəsmi Ankaranın həm İsrail, həm də HƏMAS-la əlaqələri mövcuddur.

Beşinci, Ankara ilə Tehranın regionda baş verənlərlə bağlı ortaq mövqeyi var. Məsələn, PKK, İŞİD terror qruplaşmaları, İraq və Suriyanın ərazi bütövlüyü və s. məsələlərlə bağlı oxşar mövqe sərgiləyirlər. HƏMAS-la hər iki tərəfin əlaqəsi var və onu terror təşkilatı olaraq tanımırlar. İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfərinin planlaşdırıldığı da Tehranla Ankaranın əlaqələrinin göstəricisi sayıla bilər.

Altıncı, Türkiyə Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla çox yüksək səviyyədə əlaqələrə, əməkdaşlığa malikdir. Bu üstünlüyü ona regiona bağlı məsələlərdə Rusiya və ABŞ ilə əməkdaşlıq etməyə imkan verir.

Yeddinci, Türkiyə Qərbin, o cümlədən Avropanın təhlükəsiz enerji ilə təmin edilməsində aparıcı rollardan birini oynayır. Perspektivdə ölkənin karbohidrogen daşıyıcısı ölkəsinə çevirməsi də gözlənilir.

Səkkizinci, Ərdoğanın Yunanıstana səfəri Afina ilə Ankara arasında gərginliyin azalmasına səbəb olub. NATO-dakı iki müttəfiqi arasında münasibətlərin normallaşmasını isə ABŞ alqışlayır.

Doqquzuncu, Türkiyə ilə Misir arasında diplomatik münasibətlərin səfirlər səviyyəsində bərpası da rəsmi Ankaranın regiona üstünlüklərindəndir.

Bunların sayını artırmaq da olar. Fakt budur ki, ABŞ-nin bəhs etdiyimiz bölgələrin həyatı vacib məsələlərini Türkiyə ilə müzakirəsi daha faydalı ola bilər. Çünki rəsmi Ankaranın regional məsələlərə təsir etmək imkanları da var. Ona görə də ehtimal etmək olar ki, A.Blinken ölkə lideri ilə bölgələrə dair vacib məsələləri müzakirə edib. Bu, Ağ evin həmin istiqamətlərdə yeni baxış sistemi hazırlamasına yardım edə bilər. Belə imkanları ilə Türkiyə Cənubi Qafqaz, Qara dənizi və Aralıq dənizi hövzələrinə, Yaxın Şərqə, Fələstin məsələlərinə yanaşması da bu regionların gələcəyinə töhfə verə bilər. Bu kimi səbəblərdən o, ABŞ-nin regionda əsas müttəfiqi və tərəfkeşi kimi qalır. Antoni Blinkenin də ziyarətə Türkiyədən başlaması bu kimi üstünlüklərdən irəli gəlir. Çünki bütün regionların sülh, əməkdaşlıq, suverenlik və rifaha ehtiyacı var.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Siyasi, Sosial / 08.01.2024 20:37
“Qərbi Azərbaycan ərazisində 26 türk tayfası yaşayıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 08.01.2024 17:34
Dövlət katibi səfərini niyə Türkiyədən başlayıb? – TƏHLİL
Siyasi / 06.01.2024 20:04
Xalisanın etnoqrafiyası – 35 ildən sonra xatırlanan acı faciələr - FOTO - VİDEO
Kriminal, Maraqlı / 06.01.2024 12:41
Ermənilərin Xalisa qətliamı – ANONS - FOTO - VİDEO
Gündəm, Mədəni / 05.01.2024 20:08
“Erməni müəllim dedi ki, sənə qiymət yazmayacam, çünki sən türksən” - FOTO - VİDEO
Maraqlı, Mədəni / 05.01.2024 14:39
“İrəvanın küçələrində konki sürürdüm”- Mübariz Tağıyevin “Həyat Hekayəsi”- ANONS
Dünya, Təhlil / 04.01.2024 20:34
Azərbaycanlıların öz evlərinə qayıdışı yaxın müddətdə baş verə bilər - FOTO - VİDEO
Təhlil / 04.01.2024 16:08
ABŞ-ın İran dərdi – “proksi” təşkilatları ilə bağlı məsələlər – TƏHLİL
Siyasi / 04.01.2024 14:25
Qərbi Azərbaycan məsələsi Ermənistanı silkələyir – ANONS - VİDEO
Dünya, Təhlil / 03.01.2024 17:22
İranı silkələyən qanlı hadisə – TƏHLİL
Gündəm / 01.01.2024 00:02
Prezident İlham Əliyev Azərbaycan xalqını Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib - VİDEO
Gündəm / 31.12.2023 00:01
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Maraqlı, Sosial / 29.12.2023 20:10
“Urudda uşaqlığımın şirin anlarını yenidən yaşamaq istəyirəm” - FOTO - VİDEO
Siyasi / 29.12.2023 14:17
Qərbi Azərbaycan İcması prezident seçkiləri ilə bağlı bəyanat yayıb
Sosial / 29.12.2023 13:47
“Anam 1918-ci il qaçaqaçında yolda doğulub” – Elşad Qurbanovun həyat hekayəsi - VİDEO
Siyasi, Sosial / 29.12.2023 10:24
Ardanış Kənd İcması prezident seçkilərində namizədini açıqladı - FOTO
Dünya, Siyasi / 28.12.2023 20:18
Paşinyan “Qərbi Azərbaycanın qubernatoru” olacaq - FOTO - VİDEO
Siyasi / 28.12.2023 13:15
Zəngəzur Ermənistandan ayrılacaq? – ANONS - VİDEO
Sosial / 28.12.2023 11:37
Ulu Göyçənin Bala Məzrəsi – QISA TARİX
Dünya, Təhlil / 28.12.2023 09:36
Dünya keçmiş sovetin mirası olan PKK-nı niyə yaşadır? – TƏHLİL
Gündəm, Siyasi / 27.12.2023 19:55
Anadoludan köçürülən ermənilər Çəmbərəyə necə yerləşdirilib? - FOTO - VİDEO
Maraqlı, Siyasi / 27.12.2023 13:27
Çəmbərəyin Azərbaycandan qoparılma müəmması – ANONS - VİDEO
Dünya, Təhlil / 27.12.2023 10:32
Qərbin Serbiyada “rəngli inqilab” ssenarisi – TƏHLİL
Siyasi / 26.12.2023 21:07
“Basarkeçərdə erməni vandalizmi” - FOTO - VİDEO
Müsahibə, Mədəni, Video müsahibə / 26.12.2023 19:19
“Ermənilər ictimai şüurunu dəyişməyincə onlar üçün yaxşı heç nə olmayacaq” – MÜSAHİBƏ - VİDEO
Elm və təhsil, Maraqlı / 26.12.2023 14:01
Antropoloq Yeviya Hovanesyanın etirafı – ANONS