Sosial 13.11.2019 13:26

DQ azərbaycanlı icması bəyanat yaydı

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb.

Rakus.az xəbər verir ki, İcmadan daxil olan bəyanatda deyilir:

“Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bəyan edirik ki, Sergey Lavrov kimi təcrübəli bir diplomatın bu cür ifadələr səsləndirməsi ciddi təəssüf və təəccüb doğurur.

Keçən ay Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edən Prezident İlham Əliyev bu məsələyə aydınlıq gətirərək bildirmişdi ki, “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Dağlıq Qarabağın Azərbaycan əhalisi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal olunmuş digər 7 rayonun əhalisi kimi etnik təmizləməyə məruz qalmışdır.

Münaqişənin həllinə məsul olan ATƏT-in Minsk prosesi çərçivəsində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları maraqlı tərəflər kimi müəyyən olunmuşdur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm beynəlxalq təşkilatların sənədlərində də heç vaxt “Dağlıq Qarabağ xalqı” məfhumu qeyd edilməyib.

Xatırlatmaq istərdik ki, 2019-cu il də Rusiyanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrləri iki dəfə regiona səfər edib və hər iki səfərin yekun birgə bəyanatlarında Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları ilə görüşdüklərini ayrıca qeyd ediblər.

Sergey Lavrovun brifinqdə səsləndirdiyi fikirlər həm də ona görə təəssüf hissi doğurur ki, o, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf 7 rayondan 1 milyondan çox köçkün düşmüş azərbaycanlının öz torpaqlarına geri qayıtmaq hüququnu brifinqdə vurğulamır.

Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktının tələbidir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov özü də beynəlxalq tədbirlərdə çıxışı zamanı BMT Nizamnaməsinə riayət edilməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb edir və buna görə digər dövlətləri tənqid edir.

Biz Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bir daha bəyan edirik ki, icmamızın 80 mindən çox azərbaycanlı üzvü öz yurduna geri qayıdacaqları günü gözləyir. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyası həyata keçirən həmsədr dövlətlərdən və nüfuzlu beynəlxalq təşkilatlardan ədalətli mövqe gözləyirik. Yalnız bundan sonra Dağlıq Qarabağda sülh bərqərar ola və keçmişdə olduğu kimi, azərbaycanlılarla ermənilər sülh şəraitində Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində yaşaya bilərlər”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO