Təhlil 30.06.2019 23:39

Dünya qorxudan xilas olur – Tramp və Kim görüşdülər – TƏHLİL - FOTO

ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un Şimali və Cənubi Koreyalar arasındakı sərhədin demilitarizasiya zonasında (DMZ) görüşüblər.

Rakus.az xəbər verir ki, Tramp Şimali Koreya ərazisinə ayaq basdıqdan sonra, hər iki lider Cənubi Koreya ərazinə keçiblər.

Cənubi Koreya ərazisində Tramp və Kim daha öncə ayrılmış ailələrin görüşdüyü, indi isə əsasən turistlərin ziyarət etdiyi “Azadlıq Evi” adlanan yerə daxil olublar. Orada onlar danışıqlar keçiriblər. Görüşdə Cənubi Koreya Prezidenti Mun Cae İn də iştirak edib.

Şimali Koreya lideri görüş zamanı Trampa Pxenyanı ziyarət etməyi təklif edib. Cavabında isə Tramp Kimi ABŞ-a dəvət etməyə hazır olduğunu deyib. Tramp DMZ-ni ziyarət etmiş beşinci ABŞ prezidenti olsa da, Şimali Koreya ərazisinə ayaq basmış ilk ABŞ prezidenti oldu.

Bu, Tramp və Kim arasında keçirilən üçüncü görüş idi. Bu günlərdə ABŞ prezidenti Twitter vasitəsilə Şimali Koreya liderinə DMZ-də görüşmək və əl sıxmaq təklifi ünvanlamışdı. ABŞ prezidentinin sözlərinə görə, Şimali Koreya lideri daha öncə bu cür görüşün keçirilməsinin faydalı ola biləcəyini qeyd etmişdi.

Amerikalı diplomatların bildirdiyinə görə, görüş dalana düşmüş Koreya yarımadasının nüvəsizləşdirilməsi danışıqlarının bərpasına kömək edə bilər.

Kim və Tramp arasında 2019-cu il ilin qışında Hanoyda keçirilmiş ikinci sammit zamanı silahsızlaşmanın tempi və Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaların qaldırılmasının sürəti mövzusunda tərəflər arasında mübahisə düşmüşdü. O zaman danışıqların gələcəyi şübhə altında idi.

Trampın dediklərinə görə, Kim Conq Un Şimali Koreyaya qarşı tətbiq edilniş ABŞ sanksiyaların ləğvi əvəzində Yonben nüvə poliqonunun demontaj edilməsini təklif etmişdi və bu ABŞ tərəfinin qane etməmişdi.

Daha sonra ABŞ prezidenti buna aydınlıq gətirərək, Şimali Koreya ilə nüvə obyektlərinin insepksiyası, səfərlərin tarixləri haqda razılıq əldə edildiyini və Şimali Koreya liderinin nüvə başlıqlarını daşıyacaq gücdə olan raketlərin hazırlanması və sınaqlarının bərpa edilməməcəyini dediyini bildirmişdi.

Tramp bir müddət keçdikdən sonra “Şimali Koreya xalqına xeyri üçün” ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsini istəmədiyini demişdi. Vyetnamdakı zirvə toplantısından bir neçə ay keçdikdən sonra mətbuata nüvə poliqonlarının birinin bərpa edilməsinin mümkünlüyü haqda xəbərlər sızmışdı.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO