Erməni təxribatı nəticəsində dağıntılara məruz qalan məktəblərin siyahısı məlum olub.
Rakus.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, Tərtərdə 12, Ağdamda 11, Gəncədə beş, Füzulidə dörd, Goranboyda üç, Bərdədə bir və Ağcabədidə bir məktəb düşmən təcavüzü nəticəsində dağıntılara məruz qalıb.
Düşmən təcavüzü nəticəsində üç məktəbli həlak olub.
Həlak olan məktəblilər Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərovdur.