Vətən uğrunda 44 günlük müharibədə Azərbaycan ordusunun düşməndən götürdüyü hərbi qənimət artıq Bakıya gətirilib.
Rakus.az xəbər verir ki, tankların paytaxtda olması barədə video sosial şəbəkələrdə yayılıb.
Ordumuzun qənimət kimi götürdüyü döyüş texnikaları dəmir yolu vasitəsi ilə Bakıya gətirilib.
Yaxın zamanda düşmənin texnikalarının Azadlıq meydanında nümayiş etdiriləcəyi gözlənilir.