“Düşmənin yüzlərlə hərbi qulluqçusu məhv edildi” – Vaqif Dərgahlı
“İyulun 12-dən günorta saatlarından başlayaraq Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəsi kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutublar. Sonra daha iri silahlarla mövqelərimizi ağır artilleriyadan atəşə tutublar. Amma bu təxribatın qarşısı alınmışdır. Müvafiq planlar var və həmin planlar dərhal işlər düşür. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması üçün əmr verilmişdi”.
Rakus.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
O bildirib ki, düşmənin dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edildi: “Aprel döyüşlərində olduğu kimi bu dəfə də Ermənistanın rəhbərliyi döyüş itkilərini gizlədib. Amma buna baxmayaraq bir qismini etiraf etmək məcburiyyətdinə qaldı. Bir müddət sonra real itkilərin sayını biləcəyik”.
Onun sözlərinə görə, döyüşlərdə hər hansı ərazi itkisi olmayıb: “Sosial şəbəkələrdə bəlli olmayan mənbələr tərəfindən bununla bağlı yayılan məlumatları tamamilə rədd edirik”.
V.Dərgahlı diqqətə çatdırıb ki, düşmən itkiləri arasında Suriya, Yaxın Şərq ölkələrindən və müxtəlif ölkələrdən Ermənistana köç etmiş erməni əsilli vətəndaşların olması da ehtimal olunur: Ona görə də Ermənistan rəhbərliyi bunları ciddi qeydiyyata almadığından hərbi rəhbərliyi onları gizlətmək imkanına malikdir”.