Mədəni 07.12.2019 21:33

“Əbədi ezamiyyət” Argentinada ispan dilində göstərildi - FOTO

Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi çərçivəsində Argentinanın Buenos-Ayres şəhərində yerləşən Milli Kitabxanada “Əbədi ezamiyyət” sənədli filminin ispan dilində subtitrlərlə nümayişi olub.

Rakus.az xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təşkil olunan tədbirdə Argentina Xarici İşlər və Etiqad Nazirliyinin, digər dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri, Buenos-Ayresdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Konqresin üzvləri ilə yanaşı, bu ölkədə fəaliyyət göstərən yəhudi, müsəlman təşkilatlarının, eləcə də KİV-lərin nümayəndələri iştirak ediblər.

Ölkəmizin Argentinadakı səfiri Rəşad Aslanov tədbiri açaraq 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi, Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilən ekran əsərinin Paris Sülh Konfransına ezam olunmuş Azərbaycan nümayəndə heyəti üzvlərinin milli dövlətçilik ideyaları uğrunda apardıqları mübarizədən, onların keşməkeşli taleyindən və qürbətdə bitən ömür yolundan bəhs etdiyini bildirib. Həmçinin filmin xalqımızın müstəqillik tarixinin nisbətən qaranlıq qalan daha bir səhifəsinə işıq saldığını, yaradıcı heyət tərəfindən filmin hazırlanması üçün il yarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıldığını, bu şəhərlərdə video və fotoçəkilişlər edildiyini, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüş və söhbətlərin lentə alındığını vurğulayıb.

Rəşad Aslanov Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin şərəfli və dövlətçilik ənənələrinin formalaşması baxımından çox önəmli müstəqillik tarixi haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın 1919-cu ildə qəbul edildiyi tarixin – iyulun 9-nun Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur və bu il həmin əlamətdar tarixdən düz 100 il keçir.

Müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş xarici siyasət kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən diplomat milli maraqlara və mövqelərimizin dünya səviyyəsində müdafiəsinə əsaslanan müstəqil, çoxşaxəli, balanslı və fəal xarici siyasət aparıldığını diqqətə çatdırıb.

Xatırladaq ki, “Əbədi ezamiyyət” filmi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Filmin nümayişi Argentinada Azərbaycanın tarixi, keçdiyi müstəqillik yolu və əldə etdiyi nailiyyətlərin təbliği baxımından təqdirəlayiq hal kimi qiymətləndirilib.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO