Sosial 08.12.2020 10:25

ƏƏSMN şəhid olmuş hərbi qulluqçuların ailələrinə pensiya təyinatını AÇIQLADI

“Ümumilikdə vəfat edən hər bir şəxsin topladığı pensiya kapitalı onun ailəsinə ailə başçısını itirməyə görə pensiya təyin olunmasına hüquq yaradır. Yəni şəxs gələcəkdə yüksək pensiya ala bilməsinə imkan verən pensiya kapitalı toplayıbsa, lakin pensiya yaşından əvvəl vəfat edibsə və ya həlak olubsa, həmin pensiya kapitalı onun ailəsinin yüksək pensiya təminatı üçün əsas yaradır”.

Rakus.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, qanunvericiliyə əsasən, ölkənin müdafiəsi zamanı həlak olmuş və xəsarət alması nəticəsində sonradan vəfat etmiş hərbi qulluqçuların ailələrinə də pensiya təyin edilir.

Nazirlik, eyni zamanda, son döyüşlərdə könüllü, yaxud ehtiyatdan çağırılaraq, xidmət edən hərbçilərə aylıq maaşın verilməsi məsələsinə də aydınlıq gətirib:

“Vətən Müharibəsində könüllü, yaxud ehtiyatdan çağırılaraq iştirak etmiş hərbiçilərin iş yeri və əməkhaqqı saxlanılır. Hərbi xidmətlə əlaqədar əməkhaqqının ödənilməsi məsələsi Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid deyil”.

Əlilliyi olan şəxslərə əlillik müavinətindən başqa hansısa əlavə aylıq ödənişlərin edilməsi məsələsinə gəlincə, ümumilikdə, əlilliyə görə iş stajına uyğun olaraq aylıq pensiya və ya müavinət verilir:

“Müharibə əlillərinə isə həmin pensiya və ya müavinət, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü təyin olunaraq ödənilir”, – sorğunun cavabında vurğulanıb.

Məlumat üçün bildirək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

Yüz nəfərdən çox hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO