Sosial 04.12.2019 13:46

ƏƏSN 6 yeni “e-arayış” xidmətini təqdim etdi

Bundan sonra vətəndaşların müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və dövlət tərəfindən avtomobillə təmin olunma barədə arayışları almaları üçün hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur. Onlar həmin arayışları artıq özləri istənilən vaxt elektron qaydada əldə edə bilərlər.

Rakus.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin 6 yeni “e-arayış” xidmətinin təqdimatında məlumat verilib.

Nazirliyin XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar “Bakutel-2019” sərgisindəki bölməsində – DOST stendində keçirilən təqdimatda qurumun e-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov əmək, məşğulluq, sosial təminat sahələri üzrə xidmətlərin elektronlaşdırılması tədbirlərinin davam etdiyini deyib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən bu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinat mexanizmi işə salınıb. Həmçinin 2019-cu ildə 19 müavinət və təqaüd növü üzrə təyinatın da elektronlaşdırılması nəzərdə tutulub. Onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün, əlilliyə görə aylıq müavinətin elektron qaydada təyinat mexanizmi artıq istifadəyə verilib. Digər müavinət və təqaüd növləri üzrə təyinatların da elektronlaşdırılması işləri davam etdirilir.

Eyni zamanda, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən nazirliyin hazırladığı və ölkəmizdə ilk sosial reyestr olan “e-sosial” portalı özünün məlumatlar bazası ilə nazirliyə dair sahələr üzrə arayışların verilməsi xidmətlərinin də elektronlaşdırılmasında geniş imkanlar yaradıb. İş yerinə və əlilliyə dair arayışların alınması üçün e-xidmətlər, yəni 2 “e-arayış” növü mövcud idi. “E-sosial” internet portalının məlumatlar bazası əsasında bu gün artıq 6 istiqamət üzrə – müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və imtiyazlı kateqoriyalardan olan vətəndaşlar kimi dövlət tərəfindən avtomobillə təmin olunma barədə arayışların alınması üçün e-xidmətlər təqdim edilir. Bununla da vətəndaş həmin arayışları istənilən vaxt e-qaydada real vaxt rejimində əldə edə bilər.

Misal üçün, vətəndaş portala daxil olur və orada formalaşan şəxsi kabinetində “E-arayış” altbölməsini və bu bölmədə arayışın növünü seçir. Bu zaman arayış avtomatik olaraq formalaşır. Bundan sonra vətəndaş arayışı çap edərək arayışı istəyən quruma təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Vətəndaşa arayışın etibarlılıq müddətini də özü müəyyən etmək imkanı verilir.

Dekabr ayının sonuna qədər daha 8 növdə “e-arayış” xidmətinin hazırlanaraq istifadəyə verilməsi və bu ilin sonuna qədər nazirlik üzrə elektron arayış xidmətlərinin sayının 15-ə çatdırılması nəzərdə tutulur.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO