Efiopiyada “Əli və Nino” filmi nümayiş etdirildi - FOTO
Avropa İttifaqının Efiopiyadakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Film Festivalı” çərçivəsində Əddis-Əbəbə şəhərində yerləşən “VAMDAS” kinoteatrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi təqdim olunub.
Rakus.az xəbər verir ki, Azərbaycanın Efiopiyadakı səfirliyindən bildiriblər ki, tədbirdə çıxış edən səfir Elman Abdullayev qonaqları salamlayaraq ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələri ilə yanaşı, ilk respublikamızın qurulması prosesini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu ekran əsərinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.
İzləyicilərin geniş marağına səbəb olmuş filmin nümayişində Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların və Efiopiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.