Mətbuat 08.05.2020 09:46

Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının onlayn konfransına qatılıb

Avropa Mətbuat Şuraları Alyansı koronavirus pandemiyası dövründə medianın roluna həsr olunmuş onlayn konfrans keçirib. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropanin 22 ölkəsindən olan nümayəndələrin iştirakı ilə düzənlənmiş tədbirə qatılıb.

Rakus.az xəbər verir ki, Mətbuat Şurasından verilən məlumata görə, konfransda pandemiya şəraitində dövlət, vətəndaş və media münasibətlərinə diqqət yetirilib, infeksiya ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsi, şəxsi həyatın toxunulmazlığı, hökumətlərin şəffaf informasiyaya çıxışın təmin edilməsindəki fəaliyyəti, media azadlığına təsirlər müzakirə olunub.

MŞ sədri Əflatun Amaşov Azərbaycandakı pandemik durumla bağlı məlumat verib, mövcud vəziyyətə dair ictimaiyyətin mütəmadi məlumatlandırılması istiqamətində ölkə başçısının və hökumətin gördüyü işlərdən söz açıb.

Ə.Amaşov medianın karantin dövründə sərbəst fəaliyyət göstərən peşələr sırasına daxil edildiyini bildirib. Virusa yoluxmuş şəxslərlə bağlı informasiyaların onların öz razılıqları əsasında yayıldığinı qeyd edib və həmin şəxslərə qarşı ayrı-seçkiliyin olmadığını diqqətə çatdırıb.

“Azərbaycanda dövlət rəsmiləri, vətəndaş və kütləvi informasiya vasitələrinin nümayəndələri arasında nümunəvi əməkdaşlıq mövcuddur. Hökumət tərəfindən mütəmadi olaraq brifinqlər keçirilir, əhaliyə vəziyyətlə bağlı məlumatlar verilir, maarifləndirmə işləri həyata keçirilir”, – deyən Ə.Amaşov vurğulayıb ki, Mətbuat Şurası ayrı-ayrı bloqerlerin, sərbəst çalışan jurnalistlərin fəaliyyətlərini maneəsiz yerinə yetirmələrinə də həssas yanaşır.

Belə şəxslərin Şuraya müraciətləri əsasında siyahı tərtib edilib və sənəd Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargaha təqdim olunub. MŞ ümumən xüsusi karantin rejimində jurnalistlərin peşə vəzifələrini icrası ilə bağlı durumu diqqətdə saxlamaqdadır. Mövcud istiqamətdə müvafiq dövlət qurumları ilə səmərəli əməkdaşlıq yaradılıb.

Ə.Amaşov toplantıda Almaniyadan olan nümayəndənin pandemiya dövründə Azərbaycanda media azadliğının vəziyyəti ilə bağlı sualına cavab olaraq bildirib ki, bu sahədə hər hansı problem yoxdur, ümumən hökumətin, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən də medianın numayəndələrinin iştirakı ilə mütəmadi onlayn müzakirələr aparılır, qaydalar gözlənilməklə mətbuat konfransları keçirilir, mediada ve sosial şəbəkələrdə azad ve sərbəst şəkildə xəbərləşməyə heç bir maneə yoxdur.

Konfransda çıxış edən Avropanın müxtəlif Mətbuat Şuralarının rəhbərləri təmsil etdiklər ölkələrdə operativ məlumat çatışmazlığından söz açıblar. Onlar həmçinin virusa yoluxmuş şəxslər və prosesə cəlb edilmiş həkimlər haqqında məlumatların mediada yayımlanmasının haqsız qınaqa, ayrı-seçkiliyə şərait yaratdığını narahatliqla vurğulayıblar. Tədbirdə həmçinin pandemiya dövründə media azadlığinın əhəmiyyəti və bu sahədə əməkdaşlığın gücləndirilməsi məsələlərindən danışılıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO