Mədəni 14.05.2020 19:13

“Əgər vicdanı varsa, bunu etiraf etməlidir…”

Xalq artisti Şeyx Əbdül Mahmudov Flora Kərimovanın sosial şəbəkədə onunla bağlı yazdığı ittihama cavab verib.

Rakus.az xəbər verir ki, bu barədə açıqlama verən Xalq artisti Flora Kərimovanın onun haqqında bu sözləri yazmağa mənəvi haqqı olmadığını bildirib:

“Əvvəla onu deyim ki, Floranın mənimlə bağlı yazdığı o sətirlər əsassızdır. O sözü hardan götürüb, bilmirəm. Mən ümumiyyətlə dilimə elə bir söz alıb danışmamışam. Xeyli vaxt bundan əvvəl müsahibələrin birində jurnalist bu mövzuya toxundu, sual verdi ki, “Fəxri adlar rüşvət müqabilində verilir?” Mən də cavab verdim ki, yoxlasınlar, görsünlər kimə rüşvətlə ad veriblərsə, ləğv etsinlər.

Flora Kərimova məni həmişə vicdanlı sözün sahibi kimi qəbul edib. Əgər vicdanı varsa, bunu etiraf etməlidir. Mən 75 yaşımda Xalq artisti adı almışam. Hansı ki, mən bu adı 30 il bundan əvvəl almalı idim. Fəxri adlarıma görə heç kimə müraciət, xahiş etməmişəm. Bu qədər xidmətlərim qarşılığında 75 yaşında qoca kişiyə Xalq artisti adı veriblər, əgər bu Flora xanıma çox görünürsə, qurbandır ona.

Flora Kərimovaya hər zaman böyük hörmətim olub. Yazısında qeyd edir ki, “yəqin sən də rüşvət verib ad almısan”. Bu sözü mənə deməyə Floranın mənəvi haqqı yoxdur. Orda çox böyük səhv edib. Mənə bu adı xəbərim olmadan yubileyimdə veriblər. Bu yaşıma kimi Azərbaycan mədəniyyətində bir çox xidmətləri olan adamam. Əməkdar incəsənət xadimiyəm, Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı laureatıyam. Bunlardan Floranın xəbəri yoxdur. Çünki Flora medianı izləmir, yüksək intellekt sahibi deyil.

Ola bilsin ki, Flora xanım gündəmə gəlmək istəyir. O qalmaqallı illəri üçün darıxıb. Amma obyekti düz seçməyib. O oyunlar mənimlə baş tutmaz. Flora birinci getsin, özü Allahın ona verdiyi arvadlıq dəyərlərinə əməl etsin, sonra kişilik söhbəti etsin. O, məni tanıdığı, savadımı mövqeyimi, kişiliyimi bildiyi halda belə mənasız, mahiyyətsiz ifadə işlətməyi ona yaraşdırmadım. Çox təəssüf edirəm. O yaxşı bilir ki, Şeyx necə kişidi. Amma mən kin saxlamıram yenə öpüb bağrıma basıram. Münasibətim yenə əvvəlki səviyyədə qalacaq”. (kulis.az)

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO