İqtisadi 12.03.2020 15:30

“Real dövr üçün devalvasiya Azərbaycandan uzaqdır” – iqtisadçı ekspert Qafar Əliyev

Son günlər ümumən dünyada və Azərbaycanda yaşanan iqtisadi hadisələr sanki yeni böhran dalğasının baş verməsindən xəbər verir. Bu böran dalğasının Azərbaycana necə təsir göstərəcəyi, mili valyutanın devalvasiyasının baş verib-verməyəcəyi maraq doğurur.

İqtisadçı ekspert Qafar Əliyev Rakus.az-a açıqlamasında Azərbaycan üçün böhranlı anların təkrarlanmasının mümkünsüz göründüyünü bildirib.

“İlk növbədə, ona görə ki, Azərbaycanın dövlət büdcəsində enerji asılılıq 30% azalaraq 50%-ə çatıbdır. Hərçənd 2014-cü ildə bu göstərici 80%-dək təşkil edirdi və Azərbaycanın əsas maliyyə aləti daha çox enerji məhsulllarının ixracından asılı idi və formalaşdırılması mütləq halda neft ixracatının hesabına baş verirdi.

Bu gün isə qeyri-neft sektorunun inkişafı bu tendensiyanın azalmasına səbəb olub və təkcə onu qeyd etmək olar ki, qeyri-neft sektorunun yanvar-fevral aylarında artımı ÜDM üzrə 6.7%, rəqəmlə isə 7 mlrd. 554.2 mln təşkil edir. Ümumilikdə isə inflyasiya keçən ilin həmin dövrü ilə müqayisədə cəmi olaraq 2.8% təşkil edir.

Nəzərə almaq lazımdır ki, ölkəmizin tədiyyə balansı dövrü olaraq müsbət saldo ilə statistik göstəricilərlə müşahidə olunur ki, bu rəqəm də özlüyündə milyardlarla dolların artıqlığını təşkil edir. 2020-ci ildə tədiyyə profisiti hökümətin proqnozuna uyğun olaraq ÜDM-in 5.2% təşkil edəcək” – ekspert deyib.

Onun sözlərinə görə, əgər bəzi nüansları nəzərə almasaq, bu gün ərzaq məhsullarına asılılıq azalmaqla müşahidə olunur: “Misal üçün, tam asılılığın ortadan qaldırılması əlbəttə, mümkün deyil. Real göstəricidir ki, təkcə ötən il Rusiyadan Azərbaycan 1.5 milyard dollar həcmində mal-material idxal edilib. Bu da, özlüyündə qismən də olsa təsirini bildirə bilər. Bu isə əgər İranla olduğu kimi, Rusiya ilə də sərhədlərdən buraxılışda məhdudiyyətlər yaranarsa baş verə bilər”.

İqtisadçı vurğulayıb ki, bu gün ölkənin 50 mlrd dollardan artıq pul-maliyyə vəsaiti var, bu da dövr edən vəsaitin 5 qatı deməkdir, xarici borcumuzdan isə 6 dəfə artıq olması deməkdir: “Bu da onu deməyə imkan verir ki, ölkəmizin dayanıqlı və güclü immunitetə malik iqtisadi gücü var. Sadəcə bir məqam var ki, ölkənin xarici borcunun 90% xarici valyuta ilə hesablanmaqdadır, bu kimi hallar da bu gün dollara qeyri-anormal şəkildə tələbatı yaratmışdır. Hərçənd, diqqət yetirsək, bu gün bankarda yaşananları araşdırsaq, şahidi olarıq ki, heç də tələbatı yaradanların hamısı iş və ticarət adamları deyil. Sadəcə təşfişə düşmüş insanlar bilinməyən səbəblərə görə xarici valyutanın əldə olunmasına cəhd edirlər, görünür bunun da bəlli olmayan tərəfləri mövcüddur”.

Q.Əliyev diqqətə çatdırıb ki, bəzi məhsullar üzrə Azərbaycan ixracatdan asılı ölkədir: “Qonşu dövlətlərdə yaşanan iqtisadi böhran ölkəmizdən bir sıra aspektləri ilə yan keçə bilməz.  Bu gün Dünyada yaşanan neft böhranı əlbəttə bizim üçün də təsir edicidir. Belə ki, 2020-ci ilin dövlət büdcəsində 55 dollar/barel qəbul edilən rəqəm bu gün 18 Dollar aşağı qiymətlə satışı heç də ürək açan məqam deyil. Bir məqam da vardır ki, hasilatın öay bölgüsü üzrə iştirak edən və müqavilə tərəfdaşlarının vergi payının azalması müşahidə oluna bilər. Yəni, neft müqavilələri üzrə fəaliyyət göstərən şirkətlər tərəfindən dövlət büdcəsinə daxil olmalar azala bilər, lakin bu da qorxulu hal deyil ki, bu daxil olmalar cəmi olaraq 1-1.3% faiz təşkil edir. Əlbəttə, istənilən halda neftin bu səviyyəyə düşməsi neqativ halların yaşanmasına səbəb olacaqdır, çünki 36-37 dollar/barrelə satılan məhsul büdcənin formalaşmasında əngəllər yarada bilər. Lakin, qeyd etdiyimiz kimi, heç şübhə yoxdur ki, ölkəmizin iqtisadi immuniteti yetərincə möhkəm və dayanıqlıdır.

Bu tendensiya biraz da davam edərsə əlbəttə bəzi neqativ hallar yaşana bilər, və əlbəttə ki, ilk zərbə inflyasiya parametrində hiss olunacaqdır. Bu mötədil xarakter daşısada qaçılmaz faktor ola bilər. Lakin ekspertlərin rəyinə görə neftin bu qiymətlə yaşaması uzun müddət çəkməyəcəkdir, buna bəzi amillər də dəlalət edir.

Bunun üçün ölkə rəhbərliyi və hökümət əlbəttə ki, bir sıra maliyyə və pul siyasəti mexanizmləri işləməkdədirlər. Bunun üçün ilk növbədə təcili olaraq kiçik sahibkarlığın inkişafına önəm verilməlidir. Belə ki, bu günün reallığı ondan ibarətdir ki, iri həcmli sənaye sektorunun inkişafını biraz ikinci plana çəkmək daha səmərəli olardı və əsas gücü kiçik sahibkarlığın inkişafına yönləndirmək daha məqsədə uyğun hesab edilərdi.

Belə ki, bu mexanizmlə ixracatın azalmasına səbəb olmuş olarıq, yəni ciddi və sürətli şəkildə bu model işlənərsə. Digər bir tərəfdən, proteksionizm siyasətinə üstünlük vermək olar, və bu halda ixracata bəzi məhdudiyyətlər tətbiq etməklə, daha çox yerli və kiçik istehsalın stimullaşdırılmasına zəmin yaratmış oluruq. Bir faktı da nəzərə alaq ki, kiçik və orta sahibkarlığın prioriteti yaxın 5 ildə qeyri-neft sektorunda daha da artımla müşahidə olunmaqla, ÜDM-da 60%-dək, qeyri-neft ixracında 40-50% artımla, məşğulluqda isə 65-70%-lik artımla iqtisadiyyata töhvələrini vermiş olacaqlar. Bu da imkan verəcəkdir ki, yaxın 5 və 10 ildə ölkənin xarici valyutalardan asılığı minimuma ensin”.

Onun sözlərinə görə, dollardan asılılıq istənilən halda inflyasiyanın artımına səbəb olur, bu danılmaz faktordur: “Bunun üçün də, bir sıra mexanizmlər işlənib hazırlanmalıdır, yəni gələcək dövrlər üçün. Əks halda, yenə təşfiş içərisində yaşayanlar psixoloji sindrom olaraq dolların artmasına səbəb olacaqlar. Çox təqdirəlayiq haldır ki, bu gün dövlət valyutanın, yəni xarici valyutanın alqı-satqısına ciddi şəkildə nəzarət edir. Əks halda inanılması çətin olmayan bir hal olacaq ki, qara bazarda xarici valyutanın satışı anormal rəqəmlə üzləşəcək”.

İqtisadçı ekspert deyib: “Əslində, hələlik real dövr üçün devalvasiya halının yaşanması Azərbaycandan uzaqdır. Lakin, unutmayaq ki, neftin bu qiymətlə satışı davam edərsə bir sıra təhlükəli halların da baş verməsinə səbəb ola bilər, yəni iqdisadi durum qismən də olsa öz proporsiyasında balansı itimiş ola bilər. Iakin bir sevindirici hal da mövcuddur ki, istənilən halda payıza doğru mövsümda neft qiymətlərinin artması mümkün hal hesab ediləcəkdir, və Dünya sənayesinin inkişaf vaxtına təsadüf edən mövsumi artım ölkəmiz üçün daha da qarantlı halların yaşanmasına səbəb olacaq”.

“Görünür, büdcə qaydalarının yenilənməsi olacaqdır ölkəmizdə, ən azından valyuta riskinin azadılması meyarlarının işlənib hazırlanması üçün. Digər tərəfdən yaşananlar bir daha zəmin yaradır ki, ölkənin bank sektorunda da ciddi islahatlara ehtiyac var, əsas olaraq da mövcüd olan faiz dərəcələri və kreditləşmə siyasətindəki zərurət tələb edən amillər. Ümid edirik, çox qısa bir zamanda gerçəkləşdirilən iqtisadi mexanizm və proqramlar əsas verəcək ki, ölkə iqtisadiyyatı daha da dinamik və dayanıqlı model üzrə inkişaf etsin” – Q.Əliyev fikrini tamamlayıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO