Elm və təhsil 04.06.2019 17:12

Əlamətdar günü S.Veysova “palatka toyu”na döndərib

20 saylı məktəb-liseydə baş verənlərlə bağlı Mehriban Əliyevaya müraciət ünvanlandı.

Rakus.az xəbər verir ki, müraciətdə deyilir:

Paytaxtın mərkəzində, xalqımızın böyük aydınlarının, görkəmli şəxsiyyətlərinin, ümummilli liderin uyuduğu Fəxri Xiyabana yaxın bir məktəb yerləşir. Məktəbin müasir görünüşü, dizaynı uzaqdan insanı cəlb edir. İlk baxışdan aydın olur ki, dövlət bu məktəbin inkişafı üçün nə lazımdırsa edib-özü də artıqlaması ilə. Bütün bunların qarşılığında dediyimiz məktəb gərəkdir ki, Azərbaycan təhsilinin flaqmanı olsun, başqalarına nümunə göstərilsin. Amma…
Hələ də söhbətin hansı məktəbdən getdiyini tapmamısınızsa ( bilirik ki, belə “məhşur” məktəbi bizsiz də tanıyırsınız) xatırladaq ki, danışdığımız məkan 20 saylı məktəb-liseydir. O məktəb ki, yeni binasının açılışında cənab Prezifdent və Mehriban xanım iştirak etmişdi. Və bu yenidən qurulan məktəbdə yenidənqurma işlərini,təhsil islahatlarını davam etdirmək üçün yeni direktor da təyin edilmişdi. Səadət dolu günlər arzusu ilə Səadət Veysova!
“Təhsil Nazirliyinin unutduğu keçmiş, yoxsa məhv etdiyi gələcək? – Təhsil naziri cənab C.Bayramovun diqqətinə…” başlığı ilə yazı dərc olunub. Yazıda 20 saylı məktəb-liseydə baş verən qanunsuzluqlar, Səadət Veysovanın formalaşdırdığı rüşvətxor-korrupsioner idaretmədən, təhsilin keyfiyyətinin ildən-ilə aşağı düşməsindən söhbət açılır. Hamıya gün kimi yadın olan, uşaqdan böyüyə dillər əzbəri olan həqiqətləri qələmə almışdıq sadəcə. Düşünürdük ki, S.Veysova tənqidlərimizdən nəticə çıxardar, barəsində Təhsil nazirinə ünvanladığımız iradları düzəldər. Əvəzində isə məqaləyə etiraz edən “zəhmətkeş müəllim-valideynlər” tərəfindən redaksiyamıza etiraz məktubları göndərilməyə başlanıldı. Sovet dövrünün 60-70-ci illərindən qalma bu köhnə “etiraz forması” məktəb rəhbərliyinin hansı təfəkkürə,düşüncəyə sahib olduğunu bir daha sərgiləyir. Hirsindən adını belə unudan,özünü təqdim etməyən Samirə müəllimə əməlli başlı “od püskürür”. “Bir şeyi də bilin ki, Səadat xanımın arxasında 20 nömrəlinin müəllim ordusu dayanıb. Biz bu işi belə qoymayacağıq. Səhifədə məqalənin altına rəy yazmaq imkanı qoymasınız,bunun da məqsədli olduğunu anlayıram. Biz müəllimlərlə yığışıb məktəbimizə,direktorumuza qarşı olan bu haqsızlığa son qoymağı tələb edəcəyik.Şikayət edəcəyik. Bu nədir? Təhsil Nazirliyi, Mətbuat Şurası, Ombudsman- hər yerə yazacağıq. Lazım gələrsə,Prezidentimizə, Vitse-prezidentimizə qədər müraciət edəcəyik. Möhtərəm
Prezidentimizin tikdirdiyi və Şəxsən özünün və Vitse-prezident Birinci xanım Mehriban xanım Əliyevanın şəxsən iştirakı ilə açılmış məktəbi və onun rəhbərliyini belə təhqir etmənizə icazə verməyəcəyik“ . Nöqtəsinə, vergülünə belə toxunmadan Samirə xanımın “qəzəbnamə”sindən bir hissəni təqdim etdik sizlərə. Hiss olunur ki, bərk qəzəblənibmiş, yoxsa 15 ilin müəllimi nədən belə 6-cı sinif şagirdi səviyyəsində inşa yazsın? Məktubun digər məqamlarının incəliklərinə varmayacağıq- zatən məlumdur. Müəllimə 20 saylı məktəb-liseyin “ideal şəraitindən” ağız dolusu söhbət açır. Biz isə məqalədə sadaladığımız nüansları bir daha təkrar etmədən keçirik əsas mətləbə. Məqalədə Təhsil naziri C.Bayramova nöqsanlarla bağlı müraciət etmişdik. S.Veysova isə bizi birinci-vitse prezident Mehriban xanıma müraciət etməklə hədələyir. Məhşur filmdə deyildiyi kimi- “Abasqulu bəy, özünə zəhmət verib geriyə qayıtma, sən düşündüyün qədər də aciz deyilik.” Özümüz zəhmət çəkib hörmətli Mehriban xanıma müraciət edə bilərik və edirik!
Hörmətli Mehriban xanım! Diqqətinizə çatdırmaq istəyirik ki, 20 saylı məktəb-liseydə baş verən bütün qanunsuzluqlar sizin və yaxınlarınızın adından həyata keçirilir. Sizin böyük etimadınız S.Veysova tərəfindən rüşvət və korrupsiya səviyyəsinə endirilib. Sizin adınızdan və hamımızın hörmət etdiyi Arzu xanımın yaxınlarının adından istifadə edən S.Veysova 20 saylı məktəb-liseyi özəl müəssisəsinə çevirib. Burada təhsilin səviyyəsi yüksəlməsə də şagirdlərdən və müəllimlərdən toplanan aylıqların həcmi aybay artır. Özünü “toxunulmaz” statusunda hiss edən S.Veysova heç kimlə hesablaşmır, dövlət məktəbini şəxsi qanunları ilə idarə edir.
Hörmətli Mehriban xanım! Sosial şəbəkələrdə valideynlər 20 saylı məktəb-liseydə baş verənlərlə bağlı “qan ağlayırlar.” Valideynlər bildirir ki, 2017-ci ildə cənab Prezidentin və sizin açılışında iştirak etdiyiniz məktəbin təmiri üçün S.Veysova hər sinifdən 120 manat pul yığdırır. Görürsününzmü dövlətin təhsilə olan böyük qayğısı hansı səviyyəyə endirilib, sosial şəbəkələrdə necə müzakirə və lağ predmetinə çevrilib? S.Veysovanın pul toplama kompaniyası bununla da yekunlaşmır. Bu il məktəbi bitirən 11-ci sinif şagirdlərinin hər birindən 40 manat yığılması barədə də valideynlər məlumat yayıblar. Şagirdlərin həyatında ən əlamətdar günlərdən birini S.Veysova “palatka toyu”na döndərib. Bax beləcə paytaxtın mərkəzində, hamımızın gözü qarşısında S.Veysova Azərbaycan təhsilini məhv edir.
Hörmətli Mehriban xanım! İnanırıq ki,20 saylı məktəb-liseydə artıq nəzarətdən çıxmış,uçuruma yuvarlanan vəziyyəti nəzarətə götürəcəksiniz. Sizin adınızdan istifadə edən S.Veysovanın qaranlıq əməllərinə son qoyacaqsınız! (Rubrika.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO