Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım Alpsar Turan vəfat edib.
Rakus.az xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi xəbər verir ki, Feyzavər xanım Alpsar İstanbulda 101 yaşında vəfat edib.
Feyzavər Alpsar 31 dekabr 1919-cü ildə anadan olub.
2017-ci ildə Feyzavər xanım tərəfindən Əli bəy Hüseynzadəyə aid 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti Azərbaycan hökumətinə hədiyyə olunub. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa edilib. Əsərlər hazırda Azərbaycan İstiqlal Muzeyində sərgilənir.
2018-ci il il martın 17-də Əli bəy Hüseynzadənin dünyasını dəyişdiyi gün Feyzavər xanım “Dostluq” ordeni ilə təltif edilib.
Xatırladaq ki, ötən il isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Feyzavər Alpsar Turanı İstanbuldakı evində ziyarət edib. Komitə sədri Xalq Cümhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq, Xalq Cümhuriyyətin yaradılmasında iştirak edən şəxslərin ailə üzvlərinə verilən “Xalq Cümhuriyyətinin 100 illik medalı”nı Feyzavər Alpsara təqdim etmişdi.
Allah rəhmət eləsin!