Sosial 09.08.2019 11:24

Əli Həsənovun nəvəsinin cəzası dəyişdi

Baş nazirin müavini Əli Həsənovun nəvəsi, iki nəfərin ölümünə səbəb olmuş yol qəzası törətməkdə təqsirləndirilən Nail Allahverdiyevin haqqındakı qərar dəyişib.

Rakus.az xəbər verir ki, Ali Məhkəmə N.Allahverdiyevin üzərində olan azadlıqdan məhrumetmə cəzasını götürüb və onun 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb.

N.Allahverdiyev 2017-ci il avqustun 5-də Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham edilərək, həbs olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsi 264-cü maddə ilə ona bəraət verib, 263.3-cü maddə ilə 6 il həbs cəzası təyin etmişdi.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi 2 avqust 2018-ci il tarixli qərarla N.Allahverdiyevin cəza müddətini 6 ildən 5 ilə endirib. O vaxta qədər həbsdə saxlandığı 11 ay 27 günü də bu müddətdən çıxıb. N.Allahverdiyevin üzərində 4 il 3 gün azadlıqdan məhrumetmə cəzası saxlayıb.

Cinayət Məcəlləsinin 263-cü maddəsi ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərdə təqsirli bilinən şəxslərə verilən azadlıqdan məhrumetmə cəzasının müddəti 5 ilə qədər olanda şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılır.

Azərbaycanda müəyyən istisnalarla, məhkumlar demək olar ki, məntəqə tipli cəzaçəkmə müəssisəsində qalmırlar. Cəzanın müddətinin və rejimin dəyişdirilməsinə, N.Allahverdiyevin həbsdən buraxılmasına baxmayaraq, yenə də narazı qalıb. Vəkili bəraət tələbilə Ali Məhkəməyə şikayət edib.

“Vəkili şikayətində göstərib ki, qəza vaxtı onun maşınında olmuş dostu Mehdi Əliyevin ölümündə Nail Allahverdiyevin məsuliyyəti yoxdur. Vəkil iddia edir ki, Mehdinin vəziyyəti pisləşdiyinə görə Nail maşını möhkəm sürüb, məqsəd onu tez bir zamanda xəstəxanaya çatdırmaq olub. Amma qəzaya qədər Mehdi artıq dünyasını dəyişib. Qəzanın özünə gəlincə, vəkil iddia edib ki, qəfildən Nailin maşınının qabaq təkəri partlayıb, bu üzdən idarəetməni itirib. Çünki ittihamda yazılıb ki, Nail Allahverdiyev başqa bir maşınla ötüşəndə bu qəzanı törədib. Vəkil kassasiya şikayətində Nail Allahverdiyevə bəraət istəyib. Ali Məhkəmə bəraət verməsə də, onun şərti cəza ilə dərhal məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılması barədə qərar çıxarıb”, – deyə mənbə bildirib.

Ali Məhkəmə N.Allahverdiyevə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib. Mənbənin sözlərinə görə, Ali Məhkəmə qərarında N.Allahverdiyevin üzərindəki azadlıqdan məhrumetmə cəzasını ləğv edib, şərti cəza verərkən evli, ali təhsilli olması, əvvəllər məhkum edilməməsi, yaşayış yerindən müsbət xarakterizə olması kimi hallara əsaslanıb.

Ali Məhkəmə N.Allahverdiyevə şərti cəza təyin edərkən onun üçün 3 il sınaq müddəti müəyyənləşdirib.

Qəza 3 avqust 2017-ci ildə baş verib. 1994-cü il təvəllüdlü N.Allahverdiyev idarə etdiyi “Gelandewagen” markalı avtomobillə yüksək sürətlə hərəkət edib, başqa bir avtomobillə ötüşərkən qarşısındakı VAZ-21015 markalı maşını arxadan vurub, nəticədə idarəetməni itirib. Avtomobil beton yolayrıcını aşıb, o biri yola çıxıb, piyadalar Vaqif Əsədov, Türkiyə vətəndaşları Mutallib və Songül Tekiş cütlüyünü vurub. Daha sonra maşın binanın fasadına şırpılaraq yanıb. Qəza nəticəsində piyada Vaqif Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş Mehdi Əliyev dünyasını dəyişib. Tekiş cütlüyü isə ağır xəsarət alıb. Onlar bugünlərdə Türkiyə mediasına açıqlamalarında hələ də sağalmadıqlarını, N.Allahverdiyevin yaxınlarının onları aldatdıqlarını, müalicə olunub ayağa qalxmaları üçün yardım göstərmədiklərini bildirirlər.

Lakin N.Allahverdiyevin vəkili mətbuata açıqlamasında Tekiş cütlüyünün bu iddialarını rədd edib, onların dediklərini “şantaj” adlandırıb.

Bu iş üzrə Tekiş cütlüyü də zərərçəkmiş qismində tanınmışdı. Lakin onlar məhkəmədə iştirak etməyiblər. Məhkəməyə məktub göndrərək, N.Allahverdiyevdən şikayət və tələbləri olmadığını göstəriblər. (Bizimyol.info)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO