Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əlillik necə təyin olunur?” mövzusunda maarifləndirici videoçarx hazırlayıb.
Rakus.az xəbər verir ki, videoçarxda qeyd olunur ki, vətəndaş bununla bağlı yalnız səhiyyə müəssisələrinə müraciət etməlidir.
Səhiyyə müsəssisəsi isə “Forma 88” adlı göndərişi elektron sistemə daxil edir. Ekspert-vətəndaş kontaktı olmadan əlilliyin təyin edilib-edilməməsinə dair qərar qəbul edilir.
Məlumat sosial təminat orqanına göndərilir. Daha sonra isə vətəndaşın telefonuna SMS vasitəsilə bildirilir.