Siyasi 29.08.2024 14:31

“Elmi, diplomatik və ictimai fəaliyyətimiz yalnız dövlətimizə və xalqımıza xidmət üçündür” – Rizvan Nəbiyev - FOTO

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa bitərəf namizəd Rizvan Nəbiyev seçicilərlə görüşlərini davam etdirir.

Rakus.az xəbər verir ki, Rizvan Nəbiyev seçkiqabağı təşviqat çərçivəsində Abşeron rayonunda avqustun 29-da keçirdiyi görüşdə rayon ziyalıları, ictimaiyyət nümayəndələri, Birinci Qarabağ müharibəsi qaziləri, gənclər və tələbələr iştirak ediblər.

Ənənəvi olaraq, seçicilərini Seçki Platforması ilə tanış edən deputatlığa namizəd planlarından və hədəflərindən danışıb.

O, çıxışında seçicilərini özünün elmi və diplomatik fəaliyyəti barədə də məlumatlandırıb. R.Nəbiyev uzun illər Azərbaycanın Almaniyadakı səfirliyində çalışdığı dövrdə paralel olaraq Berlin Azad Universitetində pedoqoji fəaliyyətlə də məşğul olduğunu, digər universitetlərdə isə qonaq mühazirəçi kimi məruzələr etdiyini bildirib.

Həmin dövrdə elmi tədiqatlarını da davam etdirdiyini söyləyən R.Nəbiyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində, eləcə də Qarabağın tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olması ilə bağlı alman alimləri ilə birlikdə bir neçə kitabın hazırlandığını və nəşr etdirildiyini qeyd edib.

R.Nəbiyev həmin elmi yaradıcılıq nümunələrinin bu gün də Avropa kitabxanalarında saxlanıldığı və elmi işlər zamanı istifadə olunduğunu vurğulayıb.

Deputatlığa namizəd çıxışı zamanı gənclərin daha yüksək təhsilə yiyələnməsinin, bilik və savadlarının daha da artırılmasının vacibliyini qeyd edib.

Təhsil məsələlərinin təkcə Seçki Platformasında yer almadığını söyləyən namizəd bildirib ki, elm və təhsil qaçqınlıqdan diplomatiyayadək onun həyatında mühüm rol oynayıb.

“Qalib dövlət – xoşbəxt ailə” yanaşmasını rəhbər tutan R.Nəbiyev bildirib ki, milli dəyərlərimizin, eləcə də cəmiyyətdə qadınların və uşaqların hüquqlarının qorunması məsələsi onun üçün prioritetdir.

Şəhid ailələri və qazilərə ayrılan diqqət və qayğıdan danışan deputatlığa namizəd bunun dövlət siyasəti olduğunu xatırladıb.

R.Nəbiyev tədbirin yekununda seçicilərini dinləyib, onların təklif və müraciətləri əsasında fikir mübadiləsi aparılıb.

Seçicilər Rizvan Nəbiyevi Milli Məclisdə öz nümayəndəsi kimi görmək arzusunda olduqlarını və bunun üçün 1 sentyabrda ona səs verəcəklərini bildiriblər.

Xatırladaq ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublıkası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün növbədənkənar parlament seçkiləri keçiriləcək. Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulub.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO