Hərbi 24.09.2019 11:00

Elmir torpaq uğrunda şəhid oldu - FOTO - VİDEO

 

Bu gün Goranboy rayonunun Əhmədabad kənd sakini Sərxan Zeynalovun doğmaları onun yurduna toplaşıb. Onunla yanaşı, həyat yoldaşı Nazilə xanım və qızı Şəfiqə əzizlərini göz yaşı içində qürurla qarşılayır. Çünki ailənin tək oğlu Elmir bu gün 25 yaşını şəhid məzarında qeyd edir…

Uşaqlıqdan torpaqlarımızın müdafiəsində dayanmaq arzusunda olan Elmir böyüdükcə bu ailənin də şəhid verdiyini anlayır. Əmisi İmanın şəhid olduğunu bildikdən sonra onun bu arzusu durmadan artır və qəlbində bu hissi özü ilə böyüdür. Məcburi hərbi xidmətini sərhəd qoşunlarında çəksə də uşaqlıq arzusunu unutmur və vətənə borcunu torpaqlarımızın müdafiəsində dayanmaqda görür. Çünki şəhidlərin və bu həyatda üzünü görmədiyi şəhid əmisinin məzarını hər ziyarət edərkən bu arzusunu reallaşdırmağa çalışır. Beləliklə də ordudan təxris olunan kimi könüllü surətdə yenidən ordu sıralarına yazılır və tərpaqlarımızın müdafiəsi üçün sərhəddə dayanır. Atəşkəsi durmadan pozan və vətənimizə tuşlanan düşmən atəşinin yerindəcə susdurulmasında xüsusi xidmətləri ilə seçilir. Kəndə gələn kimi isə əmisinin məzarını ziyarət edir, qəlbində onun ruhunu şad etdiyi üçün qürur duyur və sona qədər torpaqlarımızın müdafiəsində qalacağına söz verir.

Ailənin yeganə oğlu olan Elmir bu qeyrətli hərəkəti ilə doğmalarının sevimlisinə çevrilmişdi. Onu tanıyanların hər biri onun bu cəsarətindən ürəklə danışır.

Kəndə yolumuz 25 yaşlı şəhidin haqqında yazı hazırlamaq üçün düşdü. Evin qarşısında bizi zahirən qəmli olan atası Sərxan kişi qarşıladı. İlk kəlmədən isə onun böyük ürək sahibli məğrur bir kişi olduğunu gördük. Ata kimi şəhidin anası, bacısı, dostu və iş yoldaşı da Elmirin ibrətamiz və gənclərimizə nümunə olan ömür yolu, vətənə, torpağa bağlılığı, qeyrəti və cəsarəti haqqında ürəkdən danışdılar ( Onların fikirləri ilə videoda tanış ola bilərsiniz).

Evin böyük otağında Elmirin guşəsi düzəldilib. Forması, şəkilləri, medalı, fəxri fərmanları sıra ilə düzülüb. Telefonu isə ürək dağlayır. Günki anası ilə son danışığı bu telefonla olub. Atası, bacısı və doğmaları onun son səsini bu telefon vasitəsi ilə eşidib. İndi isə Elmir kimi telefon da şəhid olub. Nə ona zəng gəlir, nə də ondan zəng edilir… Halbuki ailə o telefon zənginin həsrətini 2016-cı ilin fevralın 12-dən çəkir.

Elmirin doğmaları ilə birlikdə onun məzarını ziyarət etmək üçün kənd qəbirstanlığına getdik. Məzara doğu irəliləyən valideynləri və bacısı kədərli və acız görünsə də qeyrətli oğul böyütdüklərinə görə qürurlu idilər. Çünki onların bu hərəkəti torpaqlarının bir hissəsi düşmən tapdağında olan vətənin hər bir ailəsi üçün nümunə olmalıdır. Qeyrətli oğul torpaq uğrunda şəhid olar.

Elmir də əmisi İman kimi eyni mövqedə və düşmənin eyni nöqtəyə atəşindən şəhidlik zirvəsinə ucalıb.

Bu gün 25 yaşını şəhid məzarında qeyd edən Elmir əmisinin taleyini yaşamaqla onunla yanaşı dəfn olunub. Bu da bir fədakarlıq nümunəsidir…

Zaman gələcək, illər ötəcək, nəsillər dəyişəcək. Tək dəyişməyən isə Elmirin mərdliyi, əmisinin qəhrəmanlığı olacaq. Gələcək nəsillər isə onların bu məğrurluğundan nümunə götürərək güclənəcək.

Mikayıl Nərimanoğlu,
Əməkdar jurnalist

Quliyeva Nazilə Həsən qızı – Elmirin anası

Zeynalov Sərxan İmran oğlu – Elmirin atası

 

Kazımova Şəfiqə Sərxan qızı – Elmirin bacısı

İmran Kamran oğlu Rəcəbov – Elmirin iş yoldaşı

Fuad Qasımov – Elmirin dostu

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO