Sosial 19.06.2020 21:33

Əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulur

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində yeni və müasir metodlar hazırlanır. Əsas hədəflərdən biri kimi, əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulur. Nəzarətlə əlaqədar elektron protokolların tərtib edilməsi və elektron qərarın qəbul edilməsi “Monitorinq” altsistemi vasitəsilə həyata keçiriləcək. Hazırda bunun üçün həmin altsistemin müvafiq funksional imkanlarının formalaşdırılması prosesi gedir.

Rakus.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinə və əmək sahəsində məsələlərin müzakirəsinə həsr olunmuş videoformatında keçirilən iclasda bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir iclasda qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq pandemiya dövründə reallaşdırılan sosial dəstək tədbirlərinin mühüm istiqaməti kimi, iş yerlərinin, muzdla çalışan 1 milyon 665 minədək işçinin iş yeri və əməkhaqqı gəlirləri qorunması işləri davam edir. “Əmək müqaviləsi bildirişi” altsistemində bununla əlaqədar işəgötürənlərə xəbərdarlıqlar yerləşdirilib. Həmçinin e-sistem üzərindən bu sahədə gündəlik nəzarət aparılır, e-sistemə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş daxil edən işəgötürənlərlə dərhal əlaqə saxlanılır. Xitam səbəbləri dəqiqləşdirilir, xitam qanunvericiliyə uyğun olmadıqda həmin işçilərin işə bərpası təmin edilir.

Karantin dövründə vətəndaşların evdən çıxaraq sərbəst hərəkətinə şərait yaratmaq üçün e-sistemə real olmayan əmək müqaviləsi bildirişləri daxil etdiklərinə əsaslı şübhələr yaranan işəgötürənlərlə bağlı məlumatlar da hüquq-mühafizə orqanlarına təqdim edilir.

Qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində tədbirlərin davam etdirildiyini deyən S.Babayev “Qeyri-formal məşğulluğa nəzarət” Vahid İnformasiya Sisteminin yaradılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb. O bildirib ki, Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə əməkdaşlıqda əmək müfəttişliyinin müasir metodologiya üzrə və risk əsaslı nəzarət mexanizminin yaradılması işləri da davam edir.

İclasda “Əmək müqaviləsi bildirişi” və “Məşğulluq” altsistemlərinin, fərdi uçot sisteminin müqayisəli təhlillərinin aparılması, həmçinin İcbari Sığorta Bürosunun informasiya sistemi ilə müqayisəli təhlil aparılmaqla sığorta müqaviləsi bağlamamış işəgötürənlərin müəyyənləşdirilməsi üçün görüləcək işlər nəzərdən keçirilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs olunub.

Xidmətin Mərkəzi Laboratoriyasının bazasında Əməyin Mühafizəsi Mərkəzinin yaradılması, xidmətin kadr potensialının artırılması və işəgötürənlər üçün maarifləndirmə işlərinin təşkili, risk əsaslı yoxlama mexanizminin və əməyin mühafizəsi üzrə standart, norma və qaydaların mənimsənilməsi üçün müfəttişlərin iştirakı ilə treninqlərin təşkili, əməyin mühafizəsi sahəsində iqtisadi fəaliyyət sahələri üzrə norma və standartların hazırlanması və s. məsələlər müzakirə edilib.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi”
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO