İqtisadi 10.06.2019 14:27

Əmək yarmarkası təşkil olundu - FOTO

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə “Gənclər üçün Əmək Yarmarkası – 2019” keçirilib.

Rakus.az xəbər verir ki, Park İnn Baku otelində təşkil olunan yarmarkada gənclər və idman nazirinin müavini İntiqam Babayev, UNEC-in rektoru, professor Ədalət Muradov, Təhsil Nazirliyinin nümayəndəsi Şahin Bayramov və şirkət rəhbərləri iştirak ediblər.

Gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək məqsədilə təşkil olunan yarmarkada 50-yə yaxın şirkət və qurum tələbə, magistr, məzunlar, eyni zamanda əlilliyi olan şəxslər üçün 300-dən çox vakant iş yeri və təcrübə proqramı təklif ediblər. Yarmarkada daha çox iqtisadiyyat, maliyyə, bank, o cümlədən qida, inşaat sektorundan da nümayəndələr təmsil olunublar.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, əmək yarmarkalarının əsas ideyası ondan ibarətdir ki, tələbələr və məzunlar özlərinə iş tapa bilsinlər. Yarmarkaların təşkilinin məşğulluğa müsbət təsir edən uğurlu layihə adlandıran İ.Babayev şirkətlərin və vakansiyaların sayının ildən-ilə artdığını qeyd edib. Əmək yarmarkaları vasitəsilə minlərlə gənclərin daimi iş yeri və mövsümi işlərlə təmin olunduğunu diqqətə çatdırıb.

UNEC-in rektoru, professor Ədalət Muradov əmək yarmarkasının gənclərin öz ixtisaslarına uyğun olaraq iş tapmasında mühüm rol oynadığını bildirib: “Bizim tələbələrimiz öz istəklərinə və bacarıqlarına uyğun seçim etmək hüququ qazandılar. Bizim gözlədiyimiz məqsədlərdən biri də odur ki, vakansiya ilə gəlmiş şirkətlərin tələblərini, onların irəli sürdükləri peşə vərdiş və bacarıqlarına dair istəklərini öyrənərək, tədris proqramına daxil edək. Əminəm ki, burda iştirak edən tələbələrin böyük qismi işlə təmin olunacaq və yaxud təcrübə qazanacaqlar”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO