Ermənistan mülki şəxsləri, uşaqları və qocaları ballistik raket hücumları ilə öldürməklə beynəlxalq ictimaiyyətin diqqətini işğal faktından yayındırır.
Rakus.az xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov özünün “Twitter” hesabında yazıb.
O, növbəti dəfə Azərbaycana qarşı ikili standartlar və qərəzli münasibətlərin müşahidə edildiyini vurğulayıb.