Sosial
12.04.2020
23:17
Empatiya qura bilirik, yoxsa belə düşünürük – Tələbə yazır
Xüsusilə son illərdə, demək olar ki, uşaqdan böyüyə hər kəsin istifadə etdiyi bir sözə çevrilən empatiyanın həyatımızda rolu olduqca böyükdür. Bəs, görəsən, empatiyanın həqiqi mənasına və təsirlərinə nə qədər bələdik? Hər birimizin zaman-zaman duyğu və hisslərimizdən dolayı yaşadığımız çətinliklər vardır. Halbuki, sonra düşündükdə həmin duyğu və hisslərimizin bizi yanlış yönləndirdiyini və nəticələrinin də bizim üçün xoş olmadığını görürük. Bəzilərimiz ilk dəfədən bunun fərqinə vara bilirik, digərlərimiz isə dəfələrlə belə situasiyalara düşsək belə, fərqinə varmırıq və bu vəziyyəti dəyişməyə çalışmırıq. Ümumiyyətlə onu deyə bilərik ki, qaşılaşdığımız situasiyalarda duyğu və hisslərimizdən qaynaqlanan vəziyyətlərin bizim, eyni zamanda ətrafımızdakı insanların həyatlarına böyük təsiri var.
Empatiya-özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığıdır. Əksəriyyətimiz bu sözün mənasını bilsək belə, onu həyatlarımıza düzgün tətbiq edə bilmirik. Empatiya əsasən iki yerə ayrılır.
1) Hissi empatiya
Eyni zamanda “duyğu empatiyası” da deyilir. Bu empatiya növü əsasən insanları yaxşı başa düşməyə, hər hansı mövzuda onların hansı hiss-həyəcanı keçirdiklərini anlama qabiliyyətidir. Məsələn narahatlıq empatiyası. Belə empatiya növü hətta kiçik yaşlı uşaqlarda da özünü göstərir. Qarşısındakı insan ağladıqda uşaq həmin şəxslə birgə ağlaya, onu qucaqlaya və ya buna bənzər hərəkətlər nümayiş etdirə bilər.
2) İdrak empatiyası
Bu empatiya forması əsasən başqalarının hərəkətlərini nöqteyi nəzərdən və mənəvi baxımdan anlama formasıdır. İdrak, təfəkkür empatiya formasının özünün müxtəlif formaları mövcuddur. Məsələn bu empatiya növünə sahib insanlar başqalarını psixoloji tərəfdən anlaya bilir, bir digər qrup insan isə yaratdığı xarakterlərlə təsəvvür formalaşdırmağa meyllidir.
Həqiqətən, empatiya qura bilirik, yoxsa sadəcə belə düşünürük?
Bir çoxumuz empatiya qurma bacarığımızın olduğunu iddia edirik. Hətta ətrafımızdakı canlılarla münasibətdə də bunu tətbiq etdiyimizi düşünürük. Görəsən, həqiqətən də, belədir? Ilk növbədə bilməli olduğumuz əsas amil empatiya qurmağın qarşı tərəfə haqq verməklə əlaqəli olmadığıdır. Bir çoxumuz “empatiya qurdum amma yenə də haqsızdı”, “empatiya qurdum amma yenə də mən haqlıyam” kimi cümlələr qururuq. Əslində isə bu yanlışdır. Çünki empatiya qurmaq qarşı tərəfə haqq vermək deyil. Empatiya qurmaq üçün həmin insanın olduğu situasiyanı yenə həmin insanın duyğu, hiss və düşüncələri ilə qiymətləndirmək gərəkdir. Bir çoxumuz empatiya qurarkən özümüzü qarşı tərəfin yerinə qoymağa çalışırıq. Ardınca isə həmin vəziyyəti öz düşüncə, dünyagörüşü və iradəmizə uyğun şəkildə dəyərləndirməyə başlayırıq. Sonda isə “Mən onun yerində olsa idim belə etməzdim” deyib yekunlaşdırırıq. Əsas yanlış isə məhz buradadır. Çünki bizdən tələb olunan əsas tələb olunan həmin stuasiyada öz yanaşmamızı irəli sürmək deyil, həmin insanın yanaşmasını anlamağa çalışmaqdır. Bu zaman aşağıdakı suallarla yola çıxmaq və cavab axtarmaq daha məqsdəuyğundur.
1) Görəsən, o özünü bu cür vəziyyətdə necə hiss edir?
2) Belə hiss etməsi üçün hansı əsasları var?
3) Yaranmış vəziyyətin nəticələrini necə təhlil edir və s…
Eyni zamanda empatiya qurmaq üçün səbəb axtaran, ilk addımı qarşı tərəfdən gözləyənlərimiz də var. Unutmaq olmaz ki, empatiya hissini qarşılıq üçün tətbiq etmək düzgün deyil. Öncə özümüzü sorğulamalı, həmin insana qarşı öz yanaşmamıza diqqət etməliyik. Məsələn təsəvvür edək ki, soyuqdan üşüyən bir pişik görürük və onunla empatiya qurmaq üçün səbəb axtarırıq və ya qarşılıq gözləyrik. Bu zaman necə bir qarşılıq gözləmək olar ki? Ya da bir qarşılıq gözləmək nə qədər düzgün olar?
Bundan başqa empatiya qura bilməyən insanları əsas 2 qrupda fərqləndirə bilərik. Birinci qrupda narsist-özlərinə vurğun, ətrafdakıların duğularını önəmsəməyən insanları , ikinci qrupa isə empatiya hissi heç aşılanmamış, belə mühitdə yaşamamış insanları misal göstərə bilərik.
Yüksək empatiya hissinin bizə zərərləri nələrdir?
Hər şey kimi empatiya hissi də müəyyən bir balansda olduğu müddətdə faydalı qəbul olunur.Yüksək empatiya hissi çox zaman mərhəmət, vicdan əzabı ilə əlaqədar yaranan və həyatımıza mənfi təsir edən vəziyyətlər doğura bilir. Bir çoxlarımız tez-tez “ Mənim yerimdə kim olsa belə edərdi”, “ Bununla nə itirəcəm ki?” düşüncələri ilə çıxış edir, daim ətrafdakıların bizdən nəsə gözlədiyini düşünürük. Çox zaman sorğu-sual etmədən bizə yönləndirilmiş istəkləri qəbul edirik. Hətta “Mən “yox” deyə bilmirəm” söyləyənlərimiz də az deyil. Belə olduğu təqdirdə qarşı tərəfədə bizə qarşı davamlı gözlənti yaratmış oluruq. Bəzən bizim empatiya qurmaq istəyimiz qarşı tərəfin bizim xoş niyyətimizdən istifadə etməsinə də gətirib çıxara bilir. Bir müddətdən sonra mərhəmət, vicdan əzabı kimi hisslərlə empatiyanı qarışıq salırıq. Artıq bu vəziyyətin, düşüncənin, duyğularımızın həyatımıza mənfi təsirlərini gördükdə isə depresiya, narahatlıq və s… kimi hallar yaşayır, nə edəcəyimizi bilmirik.
Bu zaman bizdən tələb edilən yüksək empatiya hissinə qarşı qoymaq, vicdan əzabı və mərhəmət hissləri ilə deyil, məsələyə daha məntiqlə yanaşmaq olur. Ilk baxışda asan görülən bu mərhələ bəzən çox çətin ola bilir. İşə bir siyahı tərtib edib, yaşadığımız belə halları və nəticələrini ora qeyd etməklə başlaya bilərik. Sonra o siyahıda bizi narahat edən vəziyyətlərin tez-tez təkrarlandığını gördükdə isə bir müddət qarşılıq vermədən, neytral mövqe tutmalıyıq. Belə olduqda tədricən qarşı tərəfin bizdən gözləntiləri azalacaq. Diqqət etməli olduğumuz əsas məqam vicdan əzabı hissinin yanaşmamıza təsir etməməsidir.
Son olaraq qeyd etməliyik ki, sosial varlıq olan insanın həyatında empatiyanın əhəmiyyəti böyükdür. Yaşadığımız cəmiyyətdə isə insanların bunun fərqində olması xüsusilə gözəldir. Gəlin, çalışaq , bildiklərimizi həyatımıza və ətrafımıza düzgün tətbiq edək.
Sənubər Nəzərova,
APU-nun Məktəbəqədər təhsil korreksiyaedici təlim, sosial- psixoloji xidmət fakültəsinin dördüncü kurs tələbəsi
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Gündəm, Hərbi
/
25.06.2022
15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi
/
17.06.2022
13:55
Elm və təhsil, Gündəm, Siyasi
/
13.06.2022
11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat
/
05.06.2022
17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat
/
05.06.2022
15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm
/
04.06.2022
14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat
/
04.06.2022
13:29
Mətbuat
/
04.06.2022
10:00
Gündəm, Siyasi
/
01.06.2022
07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil
/
27.05.2022
13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil
/
09.05.2022
10:38
Elm və təhsil
/
04.05.2022
18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir
Mətbuat, Siyasi
/
02.05.2022
13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat
/
01.05.2022
18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat
/
01.05.2022
14:31
Gündəm, Mədəni
/
29.04.2022
10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi
/
28.04.2022
17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat
/
27.04.2022
11:04
Gündəm, Mətbuat
/
26.04.2022
14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat
/
16.04.2022
15:16
Hərbi, Mətbuat, Video müsahibə
/
16.04.2022
12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə
/
16.04.2022
11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat
/
16.04.2022
09:00
Müsahibə, Mətbuat
/
15.04.2022
16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat
/
15.04.2022
14:14
Hərbi, Mətbuat
/
15.04.2022
13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO