Müsahibə 08.04.2025 18:35

“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı AMEA-nın Tarix və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov olub.

O, XX əsrin əvvəllərində baş verən siyasi proseslər nəticəsində  Azərbaycan torpaqlarının bölünməsi, indiki Ermənistanın yaradılması, ermənilərin Bakı və ya Tiflisi paytaxt kimi görmək iddiasının səbəbləri ilə bağlı düşüncələrini bildirib.

Onun sözlərinə görə, almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu: “Azərbaycan əhalisinin olması ermənilərin millətçilik ideyasına mane olurdu. Cənubi Qafqaz ərazisində “erməni məskənləri”nin yaranması planlı idi”.

Şöbə müdiri uzun illər pedoqoji fəliyyatlə, tarixi araşdırmalarla məşğul olduğunu deyən tarixçi Ermənistan SSR-nin Azərbaycan SSR ilə  ərazi mübahisələrini nə üçün daim davam etdirməsinə aydınlıq gətirib.

Tarixçi 1918-1920-ci illərdə daşnakların Azərbaycanın Zəngəzur bölgəsində türk-müsəlman əhalisinə qarşı soyqırımı barədə yeni tutarlı faktlar üzə çıxdığını, cəllad Stepan Şaumyanın əlaltısı, soyqırım cinayətinin fəal hərbi təşkilatçısı və iştirakçısı Qriqori Karqonov haqqında yeni faktlar ortaya qoyub: “Çoxsaylı araşdırmalar azərbaycanlılara qarşı soyqırımı sübut edir. Azərbaycan xalqının cəlladına çevrilmiş “qəhrəmanlar” olub. Nə üçün sovet rəhbərliyinin bütün qərarları ermənilərin xeyrinə idi?”

K.İsmayılov sonda Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Qərbi Azərbaycan, Zəngəzur mövzusu ilə bağlı fikirlərini açıqlayıb: “Azərbaycanlıların etirazlarına o vaxt məhəl qoyulmayıb. Ən ədalətsiz qərar Qərbi Zəngəzurun verilməsi idi. Azərbaycanlıların ən yaxşı torpaqları ermənilərə verildi. Qərbi azərbaycanlıların Vətənə qayıdışı əsas hədəflərdən biridir və beynəlxalq hüquqa görə biz tarixi torpaqlarımıza qayıda bilərik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə aprelin 8-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

Xxx

«Идея переселения немцев и русских сектантов на территорию Западного Азербайджана была заменена переселением армян»

Сегодня на Бакинском телевидении подготовлен очередной выпуск проекта «Хроника Западного Азербайджана».

Как сообщает Rakus.az, гостем ведущей Эллады Сарван был заведующий отделом Института истории и этнографии НАНА, доктор философии по истории Камран Исмаилов.

Он высказал своё мнение о разделе азербайджанских земель в результате политических процессов, происходивших в начале XX века, о создании современной Армении и о причинах, по которым армяне желали видеть своей столицей Баку или Тбилиси.

По его словам, переселение немцев и русских сектантов на территорию Западного Азербайджана вскоре было заменено идеей переселения армян: «Наличие азербайджанского населения препятствовало идее армянского национализма. Планировалось создание «армянских поселений» на территории Южного Кавказа».

Заведующий кафедрой, занимавшийся на протяжении многих лет  педагогической деятельностью и историческими исследованиями, объяснил, почему территориальные споры между Армянской ССР  и Азербайджанской ССР не прекращались.

Историк раскрыл новые неопровержимые факты о геноциде, совершенном дашнаками против турко-мусульманского населения в Зангезурском районе Азербайджана в 1918-1920 годах, и о Григории Карганове, сообщнике палача Степана Шаумяна, активном военном организаторе и участнике преступления геноцида: «Многочисленные исследования доказывают геноцид против азербайджанцев. «Герои», которые стали палачами азербайджанского народа. Почему все решения советского руководства были в пользу армян?»

К.Исмаилов в заключение высказал свою точку зрения по вопросу Западного Азербайджана и Зангезура, который имеет большое значение для Азербайджана: «Протесты азербайджанцев в то время были проигнорированы. Самым несправедливым решением была передача Западного Зангезура. Лучшие земли азербайджанцев были отданы армянам. Возвращение западных азербайджанцев на родину является одной из главных целей, и согласно международному праву мы можем вернуться на наши исторические земли».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев  армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.

Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.

Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.

Передача вышла в эфир 8 апреля в 18:30 на YouTube-канале Baku TV и в 19:30 на телеканале Baku TV.

XƏBƏR LENTİ
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti”
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib”
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO
Təhlil / 03.04.2025 13:28
Ermənistanın yeni müharibə hazırlığı – ANONS - VİDEO
İqtisadi / 03.04.2025 12:27
Bu il “İnşaat Həftəsi”ndə həyata keçiriləcək layihələr açıqlanıb
Elm və təhsil, Sosial / 02.04.2025 22:48
İslam peyğəmbərini ağır təhqir edən Nişanyanın arvadından etiraflar - VİDEO
Elm və təhsil / 02.04.2025 13:43
Yunan jurnalistin Təpəbaşı etirafları – ANONS - VİDEO
Gündəm, Hərbi / 02.04.2025 00:02
Aprel döyüşləri – Böyük Zəfərə aparan yol
Siyasi, Sosial / 01.04.2025 22:24
Artalas, Artız, Artik və Artik vəng – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 01.04.2025 18:30
“Tehrandakı erməni qəbiristanlığının ərazisi “beynəlxalq teleqraf mərkəzidir” - VİDEO
Siyasi, Video müsahibə / 01.04.2025 15:10
“Almaniya Prezidentinin sosial media profilindəki paylaşım təxribat idi” - FOTO - VİDEO